ONN İnformasiya Agentliyi

Günün koronavirus statistikası açıqlandı

Günün koronavirus statistikası açıqlandı
14 Mart 2023 - 17:57

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə ONN media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 65 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 48 nəfər isə sağalıb.

Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 3 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 829 011 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 638 nəfər müalicə olunaraq sağalıb, hazırda 226 aktiv xəstə var. Bu günə qədər 10 147 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 558, bu günə qədər isə ümumilikdə 7 543 617 test icra olunub.

Eyni zamanda, ölkədə son sutka ərzində 480 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 188, ikinci doza vaksinlərin sayı 58 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 197-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 37 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 951 923 olub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png