ONN İnformasiya Agentliyi

“Jamiroquai” musiqi qrupu Bakıda

“Jamiroquai” musiqi qrupu Bakıda
09 Fevral 2018 - 15:50

2018 Formula 1 Azərbaycan Qran Prisinin ilk günündə "Jamiroquai" qrupu Bakıda konsert verəcək. Fank musiqi janrının əfsanələri aprelin 27-də "Kristal Zal"da tamaşaçıların qarşısına çıxaraq canlı performans nümayiş etdirəcəklər.

ONN media xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib.

"Jamiroquai" musiqi qrupu 2017-ci ildə "Automaton" adlı yeni albomunu çıxarıb. Sayca səkkizinci olan bu albomda insan, maşın və yer planeti arasında olan münasibətlər qeyri-adi üslubda təqdim olunub. Qrup "Automaton" albomu ilə öz fəaliyyətinin ən yüksək pilləsində olduğunu göstərib və hələ də qrupun dünya miqyasında böyük arenalarda keçirdiyi konsertlərin biletlərinin hamısı satılmaqda davam edir. 

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png