ONN İnformasiya Agentliyi

“Mənə bu evi KQB verib…” – Xəlil Rzadan maraqlı lətifələ

“Mənə bu evi KQB verib…” – Xəlil Rzadan maraqlı lətifələ
18 Yanvar 2018 - 13:27

Tanınmış yazçı-publisist Əjdər Ol şahidi olduğu, müasirlərindən eşitdiyi maraqlı hadisələri, lətifələri, duzlu-məzəli əhvalatları qələmə alaraq, vaxtilə onları kitab halında çap etdirib.

“Canlı lətifələr, əhvalatlar, deyimlər” kitabında siyasətçilər, dövlət və sənət adamları, yazıçı və şairlər barədə müxtəlif olmuş əhvalatlar toplanıb.

Teleqraf.com kitabda xalq şairi, “İstiqlal” ordenli Xəlil Rza Ulutürklə (1932-1994) bağlı yer alan əhvalatları təqdim edir. Ə.Ol qeyd edir ki, bu əhvalatların bir çoxunu ona X.R.Ulutürkün ömür-gün yoldaşı Firəngiz xanım danışıb, bəzilərinə isə özü şahidlik edib.

***

1970-ci illərdə Türkiyədə çıxan “Ana dili” şeirinə görə Xəlil Rza işdən çıxarılır. Təzə iş tapa bilməyən şair çörək pulu qazanmaq üçün tez-tez “Bilik” Cəmiyyətinin xətti ilə rayonlara mühazirə oxumağa gedirmiş.

Bir dəfə Xəlil Rza ezamiyyət vaxtı gözəl qonaq otağı olan rayona düşür. Oradan gecə evinə zəng edib hal-əhval tutur. Sən demə, onun ev telefonu Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətindəymiş.

Təhlükəsizlik Komitəsindən zəng edib birinci katibə bərk-bərk tapşırırlar ki, şair kütlə içərisinə buraxılmasın.

Səhər raykom katibi Xəlil Rzaya üzrxahlıq edib deyir ki, indi əkin-biçin vaxtıdır, camaatı işdən ayırmaq olmaz…

Xəlil Rza kor-peşman Bakıya qayıdır.

Bir müddət sonra şair başqa rayona gedəndə yenə orada onu təmtəraqla qəbul edirlər, lüks otaqda yer verirlər. Gecə yenə də Xəlil Rza evi ilə telefonla danışmalı olur. Yenə də səhər raykom katibi Xəlil Rzanı hörmətlə başdan eləyir. Xəlil Rza buna dözməyib Bakıya gələn kimi o vaxt Mərkəzi Komitədə ideologiya üzrə katib işləyən Cəfər Cəfərova zəng edib, iş tələb edir. Cəfər Cəfərov Xəlil Rzaya iş tapmaqda kömək edəcəyinə söz verir.

Sonradan Xəlil Rza dəfələrlə onun iş telefonuna zəng vursa da, hər dəfə köməkçisi cavab verir ki, Cəfər müəllim yerində yoxdur. Xəlil Rza gecə Cəfər Cəfərovun evinə telefon açmalı olur. Onun xanımı dəstəyi qaldırır. Xəlil Rza ondan Cəfər müəllimi telefona çağırmağı xahiş edir. Qadın dəstəyi kənara qoyur və xeyli vaxt keçəndən sonra

qayıdıb deyir ki, Cəfər müəllim yatıb.

Xəlil Rzanı od götürür. O hayqırır:

– Get ərini durğuz! Sənin ərin toxluqdan yatır, mənim uşaqlarım acından yata bilmir! Əgər o, sabah mənə iş verməsə, qoy özündən küssün!

Ertəsi gün səhər Mərkəzi Komitədən zəng vurub Xəlil Rzanı çağırırlar və Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə işə götürürlər.

* * *

1991-ci ilin martında Bakı Filarmoniyasında Azərbaycan Yazıçılar İttifaqının növbəti qurultayı keçirilirdi. Həmin qurultayda, özüm şahid oldum, fasilə zamanı ümummilli lider Heydər Əliyev foyedə şair Xəlil Rza ilə görüşüb ondan soruşdu:

– Bəs niyə Naxçıvana gəlmirsən? Dəvət edirəm! Buyur, gəl!

Xəlil Rza cavab verdi:

– Ustad Cəlaləddin Ruminin bir kəlamı var:

Şair şah qapısında gədadan gəda,

Şahsa şair evində ucadan uca!

Heydər Əliyev gülümsədi:

– Şükür Allaha, nə mən şaham, nə də sən saray şairi. On dörd il (1969–1982) “şahlıq” etdim, səni bircə yol da Mərkəzi Komitənin həndəvərində görmədim. İndi mən məmləkətin yox, onun bir adacığının başçısıyam. Buyur, gəl!

* * *

Bir dəfə yayda Xəlil Rza rəssam dostu Səttar Bəhlulzadəni Salyanda yaşayan qardaşı Fərhadgilə qonaq gətirir. Səttar Bəhlulzadə demək olar ki, evə girmir, yatanda da yerinin eyvanda salınmasını xahiş edir. Xəlil Rza obaşdan oyanıb Kür qırağına gəzintiyə getmək istərkən rəssamı yataqda görməyib təşviş keçirir. O heç kəsi yuxudan

oyatmadan yaşıllığa bürünmüş böyük həyətin dörd tərəfini dolanır.

Birdən görür ki, Səttar çömbəlib torpağın üstünə səpələnmiş xırda qəmbərləri bir-bir dilinə vurub rənginə baxır və xoşuna gələni cibinə doldurur. O, Xəlil Rzanı görüb deyir:

– Daşların səhərin alatoranında necə göründüyünü bilmək istəyirdim.

* * *

Səksəninci illərin ortalarında Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunda yığıncaq keçirilirdi. Yığıncağın əvvəlində iclasın sədri Səbail rayonunun I katibi Xəlil Xəlilovu rəyasət heyətinə dəvət etdi. Pasportunda adı və soyadı Xəlil Xəlilov yazılmış şair Xəlil Rza orta cərgədən durub qürurla rəyasət heyətinə qalxdı və oturdu. Sədr

onun qulağına pıçıldadı ki, onu yox, Səbail rayonunun I katibi Xəlil Xəlilovu çağırıb.

Xəlil Rza bayaqkı qüruru ilə ayağa qalxıb məğrur yerişlə keçib salonda əyləşdi.

* * *

Xəlil Rza ilə Nəriman Həsənzadə Moskvada Ali Ədəbiyyat kursunda oxuyarkən Peredelkino kəndindəki yataqxanada yaşayırlarmış.

Bir gün şair Hüseyn Arif də Peredelkinodakı yaradıcılıq evinə dincəlməyə gəlir. Rus yazıçılarının böyük yığnağına düşən Hüseyn Arif şair dostlarına deyir:

– Ayə Xəlil, ayə Nəriman, “Mədrəsə”dən, “Ağdam”dan yoxunuzdurmu? Gətirin bunları içirdib hallandıraq.

Xəlillə Nəriman gülə-gülə cavab verirlər:

– Qağa, Bakıdan təzəcə gələn sən, “Mədrəsə”ni, “Ağdam”ı niyə bizdən istəyirsən?

* * *

Moskvada Ədəbiyyat İnstitutunda oxuyan Xəlil Rza ilə Nəriman Həsənzadə qatarla şəhərdən Peredelkino kəndinə qayıdanda bilet almayıblarmış. Nəzarətçi onların biletsiz olduğunu görüb, adları və hansı təşkilatdan olduqlarını soruşur. Xəlil Rza yazıçı Əli Vəliyevin, Nəriman Həsənzadə isə yazıçı Cəlal Məmmədovun adını verir.

Bir neçə gündən sonra Azərbaycan Yazıçılar İttifaqına bir məktub gəlir. İttifaqın sədrinə ünvanlanan həmin məktubda deyilir ki, sizin yazıçılarınız Əli Vəliyev və Cəlal Məmmədov intizamsızlıq edib qatarın pulunu verməmişlər. Bu günə qədər həmin məktubun sirri açılmamışdı.

* * *

Xəlil Rza Moskvada Ali Ədəbiyyat kursunda oxuduğu dövrdə Boris Pasternakın “Doktor Jivaqo” əsəri Sovet hökumətindən xəbərsiz İtalyada nəşr olunandan sonra, dövlətin sifarişilə yazıçını həbs etmək üçün Mockvada yazıçılardan imza toplayırdılar. Xəlil Rza bunu görüb qəzəblənir, lakin imza toplayanlara bir söz demir. Qol yerinə iri hərflərlə yazır: “Protestuyu!” (Etiraz edirəm). Qol &ccedil%

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png