ONN İnformasiya Agentliyi

“Media belə hadisələri yayımlayanda həssaslıq göstərməlidir…”

“Media belə hadisələri yayımlayanda həssaslıq göstərməlidir…”
06 Yanvar 2018 - 1:12

Mediada yayımlanan intihar xəbərləri bir çox hallarda insanları məlumatlandırmaq yox,  həmçinin onlarda intiharla bağlı şüuraltı  düşüncə formalaşdırır. Bəzən isə belə xəbərlərin “bəh-bəhlə” təqdim edilməsi xüsusilə yolverilməzdir. 

Tanınmış teletənqidçi Qulu Məhərrəmli Moderator.az-a açıqlamasında belə hadisələrin çox vaxdı “bəh-bəh”lə, “cazibədar” şəkildə təqdim edilməsinin yolverilməz olduğunu bildirib.  

“Sosial həyatda o qədər hadisələr baş verir ki, bunların hamısının medianın mövuzu olması labüd deyil. Amma, intihar hadisəsi cəmiyyət üçün çox ciddi bir hadisədir. Yəni vaxtı ilə 1930-cu və 1950-ci illərin ortalarında bu bir dalğa kimi keçib və media bu hadisələri necə işqlandırmalıdı mövzusunda diskussiyalar olub. Mən hesab edirəm ki, bizim medianın ən ciddi problemi ondan ibarətdir ki, intihar hadisələrini, ümumiyyətlə kriminal hadisələri çox “bəh-bəh”lə və “cazibədar” şəkildə təqdim edirlər. Təbii ki, intihar hadisələrinin artması birbaşa medianın fəaliyyətinin nəticəsi deyil. Burda müxtəlif problemlər var: ailə məişət problemlərindən tutmuş sosial problemlərə və psixoloji problemlərə qədər və s. Media sadəcə olaraq bu hadisələri işıqlandıranda, xüsusən uşaq intiharlarıyla və qadın intiharlarıyla bağlı məsələlərdə həddindən artıq həssaslıq göstərməlidir. Yəni media bunu çox “cazibədar” şəkildə təqdim etməli deyil. Bunu bir hadisə və sosial çaları olan bir hadisə kimi təqdim etməlidir. Əlbətdəki bu hadisələrlə bağlı rəylər verə bilər və yanaşmalar apara bilər. Medianın əsas işi odur ki, bunu bir “cazibəli” davranışa çevirməsin. Xüsusən televiziyalar bu məsələdə daha çox həssas olmalıdırlar və bu davranışın təkrarlana biləcəyi hadisə kimi təqdim etməməlidir. 

Çünki televiziya təkcə ağıla yox, həm də hisslərə daha çox təsir edə bilir və insanlarda gördüklərini təkrar etmək hissi yaranır. İstənilən hadisəni detallarına qədər vermək bizim medianın ciddi günahıdı və o cümlədən də televiziyanın. Hesab edirəm ki, bunu düşünmək lazımdı.  Əslində media bu hadisələrdə  bir növ çəkindirici faktoru önə gətirməlidir. Amma bizdə bunu bilə-bilə çox hay-küylə xəbəri təqdim edirik və bu da insanlarda istər-istəməz şüuraltı o əməli təkrarlamaq istəyi yaranır”. 

 

ONNmedia

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png