ONN İnformasiya Agentliyi

MM üzvləri Türkiyəyə səfər edəcəklər

MM üzvləri Türkiyəyə səfər edəcəklər
23 Dekabr 2017 - 16:48

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva dekabrın 24-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Milli Məclisin mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, millət vəkilləri Türkiyənin Liv Hospital Xəstəxanaları Qrupu və İstinye Universitetinin birlikdə təşkil etdikləri “Kök hüceyrələrinin tibdə tətbiqi” adlı konfransda iştirak edəcəklər.

Deputatlar həmçinin icbari tibbi sığortanın tətbiqi və işləmə mexanizmləri sahəsində Türkiyənin təcrübəsi və əldə olunan nailiyyətlərlə yaxından tanış olacaqlar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png