ONN İnformasiya Agentliyi

Özəl sektorun işçiləri üçün icazə qaydası dəyişir

Özəl sektorun işçiləri üçün icazə qaydası dəyişir
04 İyul 2020 - 15:45

Azərbaycanda özəl şirkətlərin bəziləri karantin günlərində işçilərinin işləməsinin vacibliyini yenidən əsaslandırmalı olacaqlar.

ONN media xəbər verir ki, bu barədə ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev bildirib. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi tərəfindən özəl təşkilatların, hüquqi şəxslərin siyahısı və təsnifat kodu müəyyən edilib. Və yalnız o siyahıya və təsnifat koduna uyğun olan təşkilatlara icazə almaq imkan veriləcək: «Digər hallarda isə bu icazə imkanı olmayacaq.

Hər hansı bir təşkilat, yəni özəl şirkət icazə ala bilmirsə, amma hesab edir ki, onun fəaliyyyəti zəruridir, yəni karantin dövründə məhdudlaşdırılmış fəaliyyət deyil, bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edə bilər. Şirkət öz əsaslandırılmasını təsdiq edə bilərsə, ondan sonra ona icazə veriləcək».

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png