ONN İnformasiya Agentliyi

Pensiya alanların NƏZƏRİNƏ

Pensiya alanların NƏZƏRİNƏ
22 Mart 2024 - 11:11

Azərbaycanda pensiyaçıların sayında azalma müşahidə olunur.

2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib ki, ölkə əhalisinin 10,8 faizi pensiyaçı olub.

ONN media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, 2023-cü ilin əvvəlinə olan məlumatla müqayisədə bu il pensiyaçıların sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub.

Yəni, 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb.

Ekspertin sözlərinə görə, statisitik rəqəmlər göstərir ki, qadınlar kişilərdən daha çox yaşayır.

Bu ilin məlumatlarına görə, pensiyaçıların 64 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png