ONN İnformasiya Agentliyi

Samirə Əfəndi İsraildə çətin vəziyyətdə qaldı

Samirə Əfəndi İsraildə çətin vəziyyətdə qaldı
07 Oktyabr 2023 - 15:05

İsraildə konsert proqramı ilə çıxış edən azərbaycanlı müğənni çətin vəziyyətə düşüb.

ONN media xəbər verir ki, ölkəmizi “Avroviziya 2021” mahnı müsabiqəsində təmsil edən müğənni Samirə Əfəndi bu barədə özünün İnstaqramda paylaşım edib.

“Bu gün səhər saatlarından başlayaraq İsrailə hücum edilib. 5 000 raket. Hava limanı bağlanıb. Təl-Əviv partladılır. Bu partlayış səsləri və sirenlər sadəcə olaraq qorxuludur. Bizə deyirlər ki, oteldəki bomba sığınacağına enək. İnşallah hər şey keçər”, – deyə müğənni sosial şəbəkə hesabında paylaşıb.

Qeyd edək ki, hazırda Azərbaycanın “Avroviziya 2021” təmsilçisi, müğənni Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva Təl-Əviv şəhəridədirlər. Onlar ötən gün konsertdə iştirak etmək üçün bu ölkəyə yollanıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png