ONN İnformasiya Agentliyi

SON DƏQİQƏ: İran Azərbaycan sərhəddi bağlandı

SON DƏQİQƏ: İran Azərbaycan sərhəddi bağlandı
01 İyul 2022 - 10:54

İyulun 1-dən etibarən İran Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamaq qərarı verib.

ONN media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. İyulun 1-dən nə İran vətəndaşları Azərbaycana, nə də Azərbaycan vətəndaşları İrana səfər edə biləcəklər. Naxçıvan istiqamətində də sərhədlər bağlı olacaq.

İranın quru sərhədlərini bağlamasının konkret səbəbi bilinmir.

Xatırladaq ki, Azərbaycan pandemiya səbəbindən quru sərhədərini açmayıb. İran isə xeyli müddətdir ki, qonşu ölkələrlə quru səhədini açıb. Azərbaycan vətəndaşları xüsusi icazə ilə quru sərhədini keçərək İrana səfər edə bilirdi. Bundan başqa, Bakıdan Naxçıvana gedən avtbuslar da İrandan keçməklə hərəkət edirdi.

Bir neçə gün əvvəl yayılan məlumata görə, Azərbaycan quru sərhədini keçmək üçün tələb olunan xüsusi icazələr ləğv edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png