ONN İnformasiya Agentliyi

Videosu yayılan gizirlə bağlı rəsmi açıqlama

Videosu yayılan gizirlə bağlı rəsmi açıqlama
05 Noyabr 2021 - 15:45

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə səhifələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, gizir Rəsul Quliyevin guya Qubadlı Hərbi Prokurorluğunda zorakılığa məruz qalması ilə bağlı videomüraciəti yayılıb. 

ONN media xəbər verir ki, Rəsul Quliyevin xidmətdə olduğu N saylı hərbi hissədən daxil olmuş materiallar əsasında Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 329.2.1 və 329.2.2-ci (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) maddələri ilə cinayət işi  başlanaraq, tabeliyində olan hərbi qulluqçulara qarşı zor tətbiq etməkdə təqsirləndirilən Rəsul Quliyevə qeyd olunan maddələrlə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə məhkəmə-tibb ekspertizası təyin olunmuş, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilmiş, o cümlədən üzləşdirmə və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png