ONN İnformasiya Agentliyi

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ

Xaricdən məhsul sifariş edənlərin NƏZƏRİNƏ
24 Mart 2024 - 20:38

Bağlamaların çatdırılması ilə bağlı vətəndaşlara “Azərpoçt”un adından saxta SMS-lər göndərilir.

ONN media “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək çatdırılma ünvanının yanlış olduğunu deyirlər. Onlar məhsulu çatdıra bilmədiklərini bildirir və ünvanın yenilənməsi üçün vətəndaşları saxta keçidlərə yönləndirirlər.

İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, belə mesajların göndərilməsində məqsəd vətəndaşların şəxsi məlumatlarının ələ keçirilməsidir.

Ekspert naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Qeyd edək ki, Azərpoçt MMC də bununla vətəndaşlara xəbərdarlıq edib. Rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png