ONN İnformasiya Agentliyi

Yeni mərkəz yaradıldı: akademikə vəzifə verildi

Yeni mərkəz yaradıldı: akademikə vəzifə verildi
16 Oktyabr 2019 - 23:44

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb.

ONN media xəbər verir ki, bu barədə oktyabrın 16-da AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.

Mövzu ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan son illər dünyada mövqeyini daha da möhkəmləndirməkdə, nüfuzlu beynəlxalq qurumlar və dövlətlərlə əməkdaşlıq əlaqələrini genişləndirməkdədir. O qeyd edib ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin beynəlxalq səviyyədə dəstəklədiyi ən mühüm təşəbbüslərdən biri tarixi İpək Yolunun bərpası layihəsidir. Bu sahədə həyata keçirilən tədbirlərdən danışan akademik ölkəmizin İpək Yolu layihəsinin tarixi-mədəni və humanitar istiqamətlərinin inkişafında da maraqlı olduğunu, müxtəlif beynəlxalq təşkilatlar, xüsusilə UNESCO ilə sıx əməkdaşlıq etdiyini nəzərə çatdırıb.

Qeyd olunanlar nəzərə alınaraq, AMEA-nın Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması qərara alınıb və akademik Şahin Mustafayev mərkəzin direktoru təyin edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png