ONN İnformasiya Agentliyi

Qıcolmaları azaltmağın yolları

Qıcolmaları azaltmağın yolları
30 Mart 2023 - 10:46

ONN media xəbər verir ki, epilepsiya tutması – Baş beyin neyronlarının həddən artıq güclü, hipersinxron boşalmasının klinik təzahürüdür. İnsanlar arasında “ürəkgetmə”, “qıcolma” və s. kimi tanınan epilepsiya xəstəliyi əslində nevroloji bir patalogiyadır, yəni tutmalar zamanı beyində patoloji oyanıq sahə yaranır ki, bu da beyində generalizasiya olunmuş yüklənmə aktivliyi yaradır. Bu alkaloidlər sinir hüceyrələrini bərpa edir, iflic, qıcolmalar, yuxusuzluq zamanı fayda verir, sinir sisteminə sakitləşdirici təsir göstərir. Ancaq sizə təqdim edəcəyim miqdarı aşmamağınızı tövsiyə edirəm. Çünki üzərliyin çox qəbulu ciddi fəsad yarada bilər.

Qarışımı aşağıdakı qaydada hazırlayın:

200 qr qarazirə toxumları ( üyüdülmüş formada)

200 qr ud hindi kökünün tozu200 qr üzərlik toxumu ( üyüdülmüş formada)

Bütün bu məhsullar qarışdırılır və hermetik qabda ( ağzı kip bağlı şüşə qab) saxlanılır. Hər yeməkdən yarım saat öncə 1 çay qaşığı 1 stəkan su ilə qəbul olunur. Deməli, qarışım 1 ay qəbul olunur, sonra 1 həftə fasilə edilir. Siz qarışımı qəbul edərkən dərman qəbulunu dayandırmırsınız, yəni paralel şəkildə dərmanları içirsiniz. Qarışıma fasilə verərkən, yenə də dərman qəbuluna davam edirsiniz. 1 həftə sonra yenidən qarışıma davam edin. Qəbul dozasını aşmaq olmaz.

Bu qarışımdan istifadə edən xəstələrdə epileptik tutmaların sayı 2-4 dəfə azalmışdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png