Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər uğurla davam etdirilir.
DİN -dən ONN media -ya verilən məlumata görə, iyunun 5-də bu istiqamətdə keçirilmiş tədbirlər nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə, həçminin xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan, əvvəllər məhkum olunmuşlar - Corat qəsəbə sakini Elvin Əliyevdən 470 qram, H.Z.Tağıyev qəsəbə sakini Ziya Salehovdan isə 440 qram marixuana aşkar edilib.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Muxax kənd sakini Uveys Rəcəbovun evindən 1 kiloqram 855 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Əldə edilmiş məlumat əsasında keçirilmiş tədbirlər nəticəsində Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əvvəllər məhkum olunmuş Fazil Məmmədovun şəhər ərazisindəki evdən 325 qram marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.
Daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları Kürkəndi kənd sakini, əvvəllər məhkum olunmuş Valeh Zərbalıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd, Qax RPŞ-nin əməkdaşları Tasmalı kənd sakini Ümidvar Yusifovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 310 ədəd çətənə kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.



Külli miqdarda narkotik aşkarlanaraq götürülüb
Saxlanılan şəxslərdən külli miqdarda narkotik götürülüb
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Axtarışda olan şəxs saxlanılıb, narkotik və silah tapılıb
Külli miqdarda narkotik vasitə götürülüb
Xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
Polis əməliyyat keçirdi: tutulanlar var
Polis son 6 gündə BÖYÜK ƏMƏLİYYAT KEÇİRDİ: 110 kiloqrama yaxın narkotik ələ keçirildi
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Bir gündə 79 kiloqram narkotik dövriyyədən çıxarıldı
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 