Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilir.
ONN media xəbər verir ki, iyunun 28-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Əliyevin evindən 415 qr marixuana, 21 qram tiryək və heroin, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları şəhər sakini Fərid Kamalovun evindən 695 qram tiryək, Liman şəhər sakini Mais Hüseynovun həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları Mosul kənd sakini Kamil Durmuşovdan 15 qram, evindən isə əlavə olaraq 480 qram marixuana aşkar edərək götürüblər.
Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Qara Nuru kənd sakini Seymur Alməmmədovdan şəxsi axtarış zamanı narkotik vasitə olan marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun həmin narkotik vasitəni Sarıcalar kənd sakini Vüqar İmanzadədən aldığı müəyyən ediliib. Görülmüş tədbirlərlə V.İmanzadə saxlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun evindən 200 qram marixuana, həyətindəki yarımçıq tikilidən isə kultivasiya yolu ilə yetişdirilmiş 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.



Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Əvvəllər məhkum olunmuş şəxslərdən külli miqdarda narkotik vasitə aşkarlanıb
Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Külli miqdarda narkotik aşkarlanaraq götürülüb
Axtarışda olan şəxs saxlanılıb, narkotik və silah tapılıb
Bir gündə 79 kiloqram narkotik dövriyyədən çıxarıldı
Külli miqdarda narkotik vasitə götürülüb
Xeyli sayda çətənə kolları aşkar edilərək götürülüb
Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
Evində narkotik bitki ştilləri əkdi - AZƏRBAYCANDA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 