ONN İnformasiya Agentliyi

Ərdoğan Səməd Seyidova təşəkkür edib – “AŞ PA-da qətiyyətli davranışına görə”

Ərdoğan Səməd Seyidova təşəkkür edib – “AŞ PA-da qətiyyətli davranışına görə”
26 Yanvar 2018 - 14:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.

Trend-in məlumatına görə, Türkiyə lideri S.Seyidova qurumun qış sessiyasında “Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkürünü bildirib.

R.T.Ərdoğan qeyd edib: “Azərbaycanın millət vəkili Səməd Seyidova AŞ PA-da qətiyyətli davranışına və Türkiyənin terrorçulara qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatına dəstək ifadə etdiyinə görə təşəkkür edirəm”.

Prezident bildirib ki, “Zeytun budağı” yalnız və yalnız terrorçulara qarşı keçirilən hərbi əməliyyatdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16″ təyyarələri də cəlb olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png