Əfqanıstanın cənub-qərbində yerləşən Qəndəhar vilayətində terror aktı törədilib.
ONN media xəbər verir ki, partlayıcı yüklü minik avtomobilinin hərbi təyinatlı obyektə çırpılması nəticəsində 4 təhlükəsizlik keşikçisi həlak olub.
Əfqanıstan rəsmiləri bildiriblər ki, Ərqəndab rayonunda baş verən hadisədə daha altı nəfər yaralanıb.
Hələlik hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.