Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda aparılan mübarizənin önəmli hadisələrindən biri olan 20 Yanvar faciəsi əsla unudulmayacaq.
ONN media xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Azərbaycandakı səfirliyindən daxil olan bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur: "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir. Bundan 28 il əvvəl bu yolda canını fəda edən şəhidlərimizi rəhmətlə anırıq. Bu kədərli gündə Azərbaycanın kədərini bölüşürük".
Səfirlik bildirir ki, Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq yanvarın 19-dan 20-nə keçən gecə Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvandakı Baş konsulluqlarında, eləcə də Bakıda Türk Şəhidliyində Türkiyə bayraqları yarıya qədər endiriləcək.
Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.



Türk səfirliyində bayraqlar aşağı endiriləcək
Türkiyədə 20 Yanvar faciəsinin qurbanları yad edildi
Prezident Administrasiyası: Türkiyə Azərbaycanın ağrı-acısını heç vaxt unutmayacaq
20 Yanvar faciəsindən 31 il ötür
Bu gün 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur
XİN 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Ərdoğan 20 Yanvar şəhidlərini andı
Türkiyənin MN Azərbaycana başsağlığı verdi
Türkiyə səfirliyində bayraqlar yarıya endirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 