Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.
ONN media xəbər verir ki, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.
Qeyd edək ki, bu gün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi olan 1990-cı il 20 Yanvar hadisələrindən 29 il ötür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet dövlətinin hərb maşını həm quru, həm də dəniz yolu ilə Bakı şəhərinə həmlə edərək görünməmiş qəddarlıqla keçirilən cəza tədbirlərinə imza atıb. Bu hadisə nəticəsində heç bir günahı olmayan 132 dinc sakin öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Həlak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar və qocalar da var idi. SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Sovet Ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara hərflərlə yazılıb.



Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
Azərbaycanda 1 dəqiqəlik sükut oldu
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi
34 ildə ilk dəfə Xankəndidə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
Azərbaycanda bir dəqiqəlik sükut oldu
Bu gün 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsi yad edildi
Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu
20 Yanvar faciəsindən 32 il ötür
PA-nın yeni rəhbəri sərəncam imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 