Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefonla danışığı olub. İkitərəfli əlaqələrin də müzakirə olunduğu telefon danışığında Türkiyənin Afrində həyata keçirdiyi hərbi əməliyyat, o cümlədən Suriyadakı hadisələr haqqında fikir mübadiləsi aparılıb.
ONN media AZƏRTAC-a istinadən bildirir ki, Prezident Ərdoğan "Zeytun budağı" əməliyyatında məqsədin Afrin bölgəsini PYD/YPG və İŞİD kimi terror təşkilatı ünsürlərindən təmizləmək olduğunu bildirib.
Türkiyənin milli təhlükəsizliyini zəmanət altına almağı hədəfləyən bu əməliyyatın Suriyanın siyasi birliyi və ərazi bütövlüyü baxımından da əhəmiyyətli töhfə olduğunu deyən Ərdoğan Suriya məsələsində Rusiya ilə birlikdə çalışmağa önəm verdiyini vurğulayıb.
Hər iki lider Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin uğuru və siyasi həllinin önünün açılması üçün birgə səyləri davam etdirməkdə qətiyyətli olduqlarını diqqətə çatdırıblar.



Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Ərdoğan və Putin arasında telefon danışığı oldu - SON VƏZİYYƏTLƏ BAĞLI...
Ərdoğan və Putin arasında razılıq əldə edildi
Ərdoğanla Tramp bu barədə telefon danışığı apardılar
Ərdoğan və Merkel arasında telefon danışığı oldu
Ərdoğanla Putin arasında QARABAĞ MÜZAKİRƏSİ
Prezidentlər arasında telefon danışığı olub
Ərdoğan və Putin arasında telefon danışığı olacaq
Putin və Ərdoğan telefonla hansı məsələləri müzakirə ediblər?
Ərdoğan və Tramp arasında telefon danışığı olub
SON DƏQİQƏ: Çavuşoğluyla Lavrov arasında KRİTİK QARABAĞ MÜZAKİRƏSİ
Putinlə Ərdoğan arasında telefon danışığı olub- Nələr müzakirə edilib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 