Qarabağ münaqişəsinin yeganə həll yolu milli sərhədlər nəzərə alınmaqla, Rusiya Federasiyası ilə birləşməkdir.
Oxu.Az-ın xəbərinə görə, bunu “Rossiya dlya vsex” nəşrinə müsahibəsində Rusiyanın Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski deyib.
“Qarabağ problemi artıq 30 ildir ki davam edir. Təəssüf ki, bu postsovet məkanında yeganə belə münaqişə deyil. Ukrayna, Gürcüstan, Orta Asiya ölkələri - hər yerdə eyni problem var.
Yalnız bir çıxış yolu var - milli sərhədlər saxlanılmaqla, Rusiya ilə birləşmək. Mən keçmiş SSRİ-nin bütün ölkələrini nəzərdə tuturam. Əlbəttə ki, yalnız referendum yolu ilə. Yalnız bir dövlət çərçivəsində biz belə münaqişələrə son qoya biləcəyik. Birinin digərinin torpağını zəbt etməsi ilə bağlı inciklik olmayacaq - hamının bir torpağı olacaq”, - deyə o bildirib.
Jirinovskinin sözlərinə görə, Azərbaycana uzaq Avropa ilə müqayisədə Rusiya ilə əməkdaşlıq etmək daha sərfəlidir:
“Belə bir ittifaqın daxilində biz cənubda yetişdirilən bütün məhsulları almağa hazırıq. Əvəzində isə onlara hərbi və mülki texnika təklif edəcəyik.
Rusiyalı siyasətçi əlavə edib ki, rəsmi Moskva Bakının siyasətini həmişə dəstəkləyib və çətin zamanlarda kömək edib:
“Bizi müdafiə və iqtisadi layihələr birləşdirir. Hesab edirik ki, Azərbaycanda bunu başa düşürlər. Mən bir neçə dəfə Azərbaycanda olmuşam və həm hazırkı, həm də keçmiş prezidentlə görüşmüşəm. Bizim üçün çox əhəmiyyətli ölkədir”.



Jirinovskinin oğlundan ŞOK QƏRAR: İMTİNA ETDİ
Rusiyadan Azərbaycana qarşı GÖZLƏNİLMƏZ İDDİA
Putin Jirinovski ilə bu məsələni müzakirə etdi
Jirinovskinin şalvarı əynindən düşdü - VİDEO
Qrudin Qarabağ probleminin həlli YOLUNU GÖSTƏRDİ
Jirinovski öldü
Qazaxıstan heç vaxt müstəqil olmayıb - Özər
Jirinovski Putinin yerinə gələ biləcək şəxsləri AÇIQLADI
Ermənistan Rusiyaya birləşmək istəyir - ŞOK ÇAĞIRIŞ
Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll oluna bilər
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik 