"Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilməlidir. Bu münaqişənin başqa həll variantı yoxdur".
ONN media xəbər verir ki, bunu APA-ya açıqlamasında Rusiya prezidentliyinə Kommunist Partiyasından olan namizəd Pavel Qrudinin deyib.
"Dağlıq Qarabağ münaqişəsinin həlli yolunu necə görürsüz" sualına cavab olaraq P. Qrudinin Rusiyanın hazırda Qafqaz regionunda stabilləşdirici rol oynadığını bildirib: "Rusiyanın bu regionda müəyyən yükü var. Mən bu münaqişə ilə tanışam. Fikrimcə, Ermənistan və Azərbaycan arasında münaqişə ancaq danışıqlar yolu ilə həll edilməlidir. Bu məsələni danışıqlar masasına oturub, həll etmək lazımdır.
Mənim həm azərbaycanlılara, həm də ermənilərə münasibətim müsbətdir. Dostlarım arasında həm azərbaycanlılar, həm də ermənilər var. Rusiyada yaşayan azərbaycanlılar və ermənilər arasında da heç bir problem olmur. Məncə, müharibə heç kəsə lazım deyil".
P.Qrudinin prezident seçkilərində qalib gələcəyi təqdirdə, bu problemin həllinə danışıqlar yolu ilə kömək edəcəyini söyləyib: "Hesab edirəm ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllində qarşılıqlı sərfəli həll yolunu tapacaq".



"Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir"-Rusiya XİN
“Dağlıq Qarabağla bağlı Rusiyanın mövqeyi dəyişməyib” - Zaxarova
Rusiyalı ekspert: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub"
Bakı düşünür ki, münaqişə bitib - Paşinyan
İrəvana gedən İtaliya prezidentindən Qarabağ mesajı
İlham Əliyev: Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi
Ərdoğandan iki mühüm Qarabağ mesajı
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya səfər edəcək
Münaqişə yalnız bu yolla həll olunacaq- Paşinyan
Bu problemin həlli üçün Bakı ilə danışıqlar aparırıq - Qriqoryan
Dağlıq Qarabağ münaqişəsi müzakirə olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 