ABŞ-da qəhvəxanalar qəhvə içkisinin tərkibində təhlükəli kanserogen maddə olan akrilamidin mövcudluğu haqqında ziyarətçilərə xəbərdarlıq etməyə məcbur edilə bilər.
ONN media xəbər verir ki, bu haqda “Science Alert” nəşri bildirib.
Hazırda belə iddiaya Kaliforniya məhkəməsində baxılır. İddia Zəhərli Maddələrin Öyrənilməsi üzrə Şura tərəfindən qaldırılıb. İddiaçılar təkid edirlər ki, ziyarətçilər qəhvənin potensial təhlükəsi haqqında bilməlidir.
Qeyd edək ki, akrilamid məhsulların termik emalı zamanı yaranan kimyəvi birləşmədir. O, təhlükəli kanserogen maddə kimi tanınıb. Hələ 15 il əvvəl keçirilmiş sınaqlar tərkibində akrilamid maddəsi olan sudan istifadə etmiş gəmiricilərdə xərçəngin inkişaf etdiyini göstərib.
Zəhərli Maddələrin Öyrənilməsi üzrə Şura hesab edir ki, kanserogen maddə qəhvə dənlərinin qızardılması zamanı yarana bilər. Qəhvəxanaların nümayəndələri isə təkid edirlər ki, qızardılmış dənlərdə akrilamidin payı o qədər azdır ki, sağlamlıq üçün heç bir təhlükə yaratmır.



Küçələrdə "zəhərli pişik" gəzir- EHTİYYATLI OLUN!
Ev tozu xərçəng yarada bilər
Alış-veriş zamanı verilən çeklərə toxunmayın! –SƏBƏB?
Ağcaqanadlardan qorunmaq üçün bunları edin
Bu məhsul xərçəngə səbəb olur – Onkoloqdan XƏBƏRDARLIQ
Qəhvənin inanılmaz faydası
Uşaq bezlərində BÖYÜK TƏHLÜKƏ
Bu şəxslərə pomidor yemək qadağandır - ZƏRƏRLƏRİ
Acqarına qəhvə içmənin zərərləri
Finlandiyada qəza: 50 min litr təhlükəli maddə axdı
Xərçəngdən qoruyan ən yaxşı məhsullar
DİQQƏT- Marketlərdə zəhərli balıq satılır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 