ONN İnformasiya Agentliyi

Bu şəxslərə pomidor yemək qadağandır - ZƏRƏRLƏRİ

Bu şəxslərə pomidor yemək qadağandır - ZƏRƏRLƏRİ
30-04-2019, 20:50

Pomidordan bir çoxumuz gündəlik həyatımızda istifadə edirik. Bu tərəvəz isə bəzi şəxslərə xeyirdən çox ziyan verir. ONN media medicina.az-a istinadən xəbər verir ki, pomidorun kimlərə zərərli olduğu barədə materialı təqdim edir: 1. Allergiya Pomidor allergiyasına tez-tez rast gəlinir. Onun tərkibində olan histamin maddəsi allergik reaksiyaya səbəb ola bilər. 2. Mədə yanğısı Təzə pomidor bağırsaq turşuluğunu artırır. Bu isə mədədə daha çox turşunun sintez olunmasına səbəb olur. 3. Böyrək problemi Pomidorun tərkibində olan kalium səbəbindən xroniki böyrək xəstələri bu tərəvəzdən imtina etməlidirlər. 4. Qıcıqlanmış bağırsaq sindromu Təzə pomidor qıcıqlanmış bağırsaq sindromuna səbəb olur. Onun qabığı və tumları isə köpmə və digər həzm problemləri yaradır. 5. Qarın ağrısı Pomidorun tərkibində olan turşuluq səbəbindən diareya yarana bilər. 6. Natrium artıqlığı Pomidorun tərkibində bol miqdarda kalium var. Bu maddə ürək-damar sistemi xəstəliklərinə və qan təzyiqinin yüksəlməsinə səbəb olur. 7. Likopenodermiya Pomidorun tərkibində likopen maddəsi var ki, bu maddə dərini cavan və gözəl saxlayır. Amma bu maddənin artıqlığı əks təsir yaradır. Nəticədə dəri qırmızı, narıncı rəng alır. 8. Diz ağrısı Pomidorun tərkibində olan histamin maddəsi oynaqlarda problemə səbəb olur. Belə ki, bu maddə bədəndə sidik turşusunun yığılmasına səbəb olur ki, nəticədə də podaqra və artrit kimi xəstəliklər meydana çıxır. 9. Respirator problemlər Araşdırmaya görə, pomidordan çox istifadə nəfəs darlığına səbəb ola bilər. Bu. əsasən də astma və ağciyər problemi olan insanlara aid edilir. 10. Miqren Pomidor pis əhval-ruhiyyə, baş ağrısı və hətta ürəkbulanmaya səbəb olur. Bunun səbəbi pomidordan həddən çox istifadənin sinir sisteminin və baş beyinin işini pozmasıdır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png