Türkiyə Ermənistanla sərhədləri bağlı saxlamaqda davam edir.
ONN media İnterfax-a istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarqsyan Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
“Burada zaman sanki dayanıb. Əminliklə deyə bilərəm ki, Ermənistan bu vəziyyətdən çıxmaq üçün əlindən gələni elədi. Mənim təşəbbüsümlə başlayan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi həm bizim ölkələr, həm də region üçün yeni imkanlar yarada bilərdi”, - Sarkisyan deyib.
Onun sözlərinə görə, bununla belə, Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair protokollar yalnız kağızda qaldı:
“Türkiyə bu protokolları ratifikasiya etmədi və sənədlərlə heç bir əlaqəsi olmayan şərtlər irəli sürdü. Bu, tarixi fürsəti qaçırmaqdan başqa bir şey deyil”.
“Azərbaycan Türkiyə-Ermənistan əlaqələrinin qurulmasına mane olurmu? Xeyr. Əsas maneə Türkiyə liderlərində siyasi iradənin olmamasıdır. Biz Türkiyədən cavab addımlarının atılmasını əbədi gözləyə bilmərik. Protokollar mövcud şəraitə əsaslanaraq imzalanıb”, - Ermənistan prezidenti qeyd edib.
“Əgər Türkiyə yeni şərtlər gözləyirsə və yalnız ondan sonra protokolları ratifikasiya etmək istəyirsə, yanılır. Yeni şəraitdə danışıqlar artıq yeni sənədlə aparılacaq. Ermənistan ilkin şərtlər irəli sürmür və heç kimdən ilkin şərtləri qəbul etməyəcək”, - deyə Sarkisyan çıxışı zamanı bildirib.



Paşinyandan Ərdoğanın təklifinə müsbət CAVAB
Türkiyə-Ermənistan sərhədləri açılır? - Ərdoğan CAVABLADI
Ermənistan-Türkiyə protokolları ləğv edilib
Gənc diplomatımz Sarkisyanı çətin vəziyyətə saldı-VİDEO
Türkiyə Ermənistanla sərhədləri açır? - Mirzoyan detalları açıqladı
Ərdoğan Türkiyə-Ermənistan münasibətlərindən danışdı
Sarkisyandan ETİRAF: mürəkkəb məsələ olsa belə, Azərbaycanla...
Zaxarova Türkiyə-Ermənistan protokollarının ləğvindən danışdı
Ermənistan bizdən vasitəçi olmağımızı istədi - Zaxarova
Türkiyə ilə əlaqə qurmağa HAZIRIQ – İrəvan
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 