ONN media xəbər verir ki,Fevralın 16-da Azərbaycan Dostları Assosiasiyasının İcra Şurası Fransanın Udan şəhərində növbəti iclasını keçirib.
Assosiasiyadan verilən məlumata görə, iclas ADA-nın prezidenti, Fransa Milli Assambleyasının sabiq üzvü, Jan Fransua Mansel və assosiasiyanın baş katibi Mirvari Fətəliyevanın başçılığı ilə idarə olunub.
Sessiya zamanı Assosiasiyanın idarə heyətinin üzvlüyünə namizədlərin siyahısı təqdim olunaraq yeni tərkibi təsdiq edilib. Assosiyasiyanın prezidenti vəzifəsinə sabiq deputat Jan Fransua Mansel, vitse prezidentlər YUNESCO-nun xoşməramlı səfiri Edva Ser, tanınmış fransız bəstəkarı Pyer Tilua, yazıçı, jurnalist Jan Pyer Alali və Mirvari Fətəliyeva isə baş katib vəzifəsinə 3 il müddətinə seçilib.
Daha sonra assosiasiyanın cari il üçün nəzərdə tutulmuş proqram və layihələrinin müzakirəsinə başlanılıb. Jan–Fransua Mansel iclas iştirakçılarına Azərbaycan Demokratik Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar olaraq 2018-ci ilin Azərbaycan tarixində yadda qalan bir il olacağını bildirib. Bu əlamətdar tarixi lazımınca qeyd etmək məqsədi ilə 2018-ci ildə ADA bir sıra layihələr həyata keçirməyi nəzərdə tutur. Bu layihələr planı tədbir çərçivəsində assosiasiya üzvlərinə təqdim edilib. O qeyd edib ki, bu silsilə tədbirlər Azərbaycanın Fransada taninması və iki ölkə arasında əlaqələrin inkişafı üçün əhəmiyyətli olacaq.
Daha sonra Udan şəhərinin meri, ADA -nın üzvü, Jan-Mari Tetar Assosiyasiya üzvlərini şəhər ilə tanış edərək, onun tarixi barədə məlumat verib. ADA deleqasiyası şərəfinə Taneri qalereyasında təşkil edilmiş ziyafətdə yerli siyasi və ictimai şəxsiyyətlərlə tanışlıq zamanı Udan şəhəri ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin qurulması barədə müzakirələr aparılıb.



Mirvari Fətəliyeva koronavirusa yoluxdu
Turagentliklərin və müştərilərin məmnunluğunu təmin etmək üçün yeni mexanizm hazırlanıb
Səbinə Əliyevaya yeni vəzifə verildi
AFFA-nın yeni prezidenti kim seçildi?
Eks baş nazir xanımıyla həbs edildi - SƏBƏB?
SON DƏQİQƏ: YAP-ın namizədləri TƏSDİQLƏNDİ - Köhnə deputatların adı...
Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildi
Koronavirusa yoluxan tanınmış azərbaycanlıdan - ŞAD XƏBƏR
SON DƏQİQƏ: YAP namizədlərini MÜƏYYƏNLƏŞDİRDİ
Kamran Əliyev yenidən vitse-prezident seçildi
"Şəffaflıq Azərbaycan"a yeni direktor təyin edildi
ANAMA İdarə Heyəti sədrinin müavini kollektivə təqdim edildi
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq 