Azərbaycanın Fransadakı Diasporunun rəhbərlərindən biri, Paris-Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva koronavirusdan sağalıb.
ONN media xəbər verir ki, o, bu barədə özü sosial şəbəkədə məlumat verib. Fətəliyeva bu dönəmdə ona dəstək verən hər kəsə təşəkkür də edib: “Əziz doğmalar, dostlar, tanışlar! Bir aydan çox sürən Covid-19 xəstəliyni artıq geridə qoyduğum üçün hər birinizə bir daha bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim. Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi bütün dəva və dərmanlardan güclü oldu. Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühüm olduğunu bir daha anladım. Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir. Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riyayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq. Qeyd edək ki, Mirvari Fətəliyeva bir müddət əvvəl koronavirusa yoluxması barədə məlumat verib. Özündə halsızlıq və mədə ağrısı hiss edən Fətəliyeva Parisdəki xəstəxanada test verib və nəticəsi pozitiv olub.Koronavirusa yoluxan tanınmış azərbaycanlıdan - ŞAD XƏBƏR



Mirvari Fətəliyeva koronavirusa yoluxdu
Mirvari Fətəliyeva: Azərbaycanda vaxtında ciddi tədbirlər görüldü
Mehriban Əliyeva onu təbrik edənlərə təşəkkür etdi
Tom Henksin son vəziyyətindən XƏBƏR VAR
ABŞ -dan Türkiyəyə təşəkkür
Mesut Özildən Arda Gülərə sürpriz zəng
Azərbaycanda QHT rəhbəri koronavirusa yoluxdu - AÇIQLAMA YAYDI
Azərbaycanın “Eurovision-2018”də təmsilçisi Aysel danışdı
Hikmət Hacıyev hər kəsə təşəkkür etdi
Daha bir əməkdaşı ATV-ni TƏRK ETDİ
Fransada Azərbaycan Dostları Assosiasiyasının yeni idarə heyəti seçilib
AzTV-nin koronavirusa yoluxmuş aparıcısından YENİ XƏBƏR VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 