Ermənistanda ictimai-siyasi vəziyyət yenidən gərginləşir. Yelk partiyası ilə hakim Respublika Partiyası arasında qalmaqal getdikcə dərinləşir. Partiya 10 il əvvəl martın 1-də Yerevanda baş verən qanlı hadisələrdə Serj Sarkisyanı və onun komandasını günahlandırır.
ONN media "Azərtac"a istinadən xəbər verir ki, Yelk partiyasının rəhbəri Nikol Paşinyan parlamentin iclasında 1 mart hadisələrinin hakim partiyanın biabırçılığı olduğunu söyləyib. Deputat 2008-ci il martın 1-də paytaxtda baş verən qanlı iğtişaşlarla bağlı hazırladıqları beş bənddən ibarət ittiham aktını müzakirəyə təqdim edib. O qeyd edib ki, hakimiyyət 10 il əvvəl qətlə yetirdiyi vətəndaşların ailələrinə və zorakılıq tətbiq etdiyi insanlara yüksək məbləğdə kompensasiya ödəməlidir. Keçmiş baş prokuror Gevork Kostanyan da 2008-ci ilin mart hadisələrini ölkə tarixi üçün qara ləkə hesab edir. Həmin gün baş verən qanlı toqquşmada 10 dinc sakin öldürülüb, 200 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 100 nəfər isə həbs edilib.
Martın 1-də baş vermiş hadisələrin öyrənilməsi və faktların toplanması üzrə qrup hələ də hadisələrdə əli olanları üzə çıxarmayıb. On il sonra həmin iğtişaşlar yenidən Ermənistan gündəmini zəbt edib. Yelk partiyası 2008-ci il martın 1-də baş verənlərdə Ermənistan rəhbərliyini günahlandırır. Partiyanın sədri Nikol Paşinyan bildirir ki, məhz Serj Sarkisyan keçmiş müdafiə naziri Seyran Ohanyana həmin gün şəhərin küçələrinə qoşun yeridilməsi tapşırığını verib. Xüsusi təyinatlı qoşunlar mitinqə toplaşanların üzərinə yeridilib. Aksiya zamanı iğtişaşları da S.Sarkisyanın mülki geyimdə olan adamları törədiblər.
N.Paşinyan diqqətə çatdırıb ki, 1 mart qurbanları cəmiyyətə cinayətkar kimi təqdim edilir. Onlar sadəcə Ermənistanda növbəti prezident seçkisindən sonra seçkinin nəticələrinə etiraz edən dinc sakinlər olublar. İki gün davam edən etiraz aksiyası mitinq iştirakçıları və polis arasında qarşıdurma ilə yekunlaşıb. S.Sarkisyan isə hakimiyyəti zor gücünə ələ keçirdikdən sonra ölkə rəhbəri kimi öz üzərinə düşən funksiyaların heç birini həyata keçirə bilməyib. Hətta hakimiyyət 10 il əvvəl öldürdüyü insanların ailəsinə kompensasiya belə ödəməyib. N.Paşinyan beynəlxalq insan haqları qurumlarını Ermənistandakı özbaşınlıqlara göz yummamağa çağırıb. Həmçinin ölkənin baş prokurorluğuna 10 il əvvəl baş verənlərlə bağlı düzgün tədqiqat aparılmasını tövsiyə edib. İğtişaşlar zamanı öldürülən 29 yaşlı Yerevan sakini Qor Kloyanın atası da deyir ki, indiki hakimiyyət onların övladlarının qanı üzərində qurulub. Ona görə də bu hökumətdən yaxşıya doğru heç nə gözləmirlər. Qanlı iğtişaşlar zamanı zərərçəkənlər cinayətkarların cəzalandırılması üçün Avropa Məhkəməsinə də müraciət ediblər. Şikayətə payızda baxılacağı gözlənilir.



Xalq Sarkisyanın baş nazir olmasına “yox” deyir - Ermənistanda GƏRGİNLİK
Keçmiş baş prokuror axtarışa verildi
Ermənistan müxalifəti İrəvanda yenidən aksiyalara başlayır
Serj Sarkisyan da istintaqa cəlb olunacaq
Ermənistanda prezident seçkilərinin tarixi bəlli oldu
Serj Sarkisyan niyə istefa verib?-AÇIQLAMA
Paşinyan Sarksiyanın "başını necə yedi"?
Serj Sarkisyan Ermənistanda YENİ VƏZİFƏYƏ GƏLDİ
Ermənistanda gərginlik artır
Sarkisyanın partiyası Paşinyana SÖZ VERDİ
Rusiya Müdafiə Nazirliyinin telekanalı Sarkisyanı “faşist” adlandırdı - Video
Ermənistanda Paşinyana bu TƏLƏB QOYULDU
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 