ONN İnformasiya Agentliyi

Serj Sarkisyan niyə istefa verib?-AÇIQLAMA

Serj Sarkisyan niyə istefa verib?-AÇIQLAMA
23-04-2018, 16:45


Aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb.

ONN media xəbər verir ki, Ermənistanın baş naziri Serj Sarqsyanın istefa müraciətinin mətni yayılıb. 

"Sizə son dəfə dövlət başçısı kimi müraciət edirəm. Nikol Paşinyan (etiraz aksiyalarının lideri) haqlı idi. Mən səhv etmişəm. Yaranmış vəziyyətdən bir neşə çıxış yolu var, lakin mən onların heç birinə getməyəcəm. Bu mənlik deyil. Mən ölkəmizin rəhbəri vəzifəsindən gedirəm" — Sarqsyanın müraciətində deyilir.

Xatırladaq ki, aprelin 13-dən Ermənistanda eks-prezident Serj Sarqsyanın baş nazir seçilməsinə etirazlar başlayıb. Aprelin 17-də müxalifət ölkədə "məxməri inqilab"ın başladığını elan edib. Buna baxmayaraq, parlament Sarqsyanı baş nazir kürsüsünə oturdub.

Aprelin 22-də müxalifətin lideri, parlamentdəki "Yelk" ("Çıxış") fraksiyasının rəhbəri Nikol Paşinyanla baş nazir Serj Sarqsyan arasında uğursuz dialoq cəhdi olub. Baş tutmayan dialoqdan dərhal sonra Paşinyan həbs edilib, lakin bir gün sonra azadlığa buraxılıb.



 

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png