Bu gün Ermənistanda müxalif hərəkatın lideri Nikol Paşinyan tərəfdarlarını yenidən İrəvan küçələrində vətəndaş itaətsizliyinə çağırıb.
ONN media TASS agentliyinə istinadən xəbər verir ki, N. Paşinyan bunu "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.
N. Paşinyan bütün tərəfdarlarını saat 12.00-da yol və prospektləri bağlamağa, avtomobillərin hərəkətini dayandırmağa çağırıb. Müxalif lider daxili siyasi böhranın həll olunmasına yaxınlaşdıqlarını bildirib: "Biz sübut etməliyik ki, bizim hərəkatımız ayaq üstə möhkəm dayanıb. Saat 19.00-da Respublika meydanında mitinq elan edirəm".
Qeyd edək ki, aprelin 13-də başlayan etiraz aksiyaları nəticəsində baş nazir Serj Sərkisyan istefa verib. Aprelin 25-də Daşnaksütun Partiyası Respublika Partiyası ilə formalaşdırılan hakim koalisiyadan çıxdığını elan edib. Parlament mayın 1-də yeni baş naziri seçməlidir. Dünən hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcəyini bəyan edib. Artıq bir neçə partiya N. Paşinyanın baş nazir postuna namizədliyini dəstəkləməyə hazır olduğunu bəyan edib.



Sarkisyanın partiyası Paşinyana SÖZ VERDİ
Paşinyan yenidən etirazlara səsləyir
Paşinyan baş nazir postuna yeganə namizəd oldu
Sərkisyanın partiyası namizəd irəli sürəcəkmi?
Ermənistan üçün həlledici gün
Ermənistanda nazirlər istefa edir
Paşinyan QORXU İÇƏRİSİNDƏ: tərəfdarlarını meydana səslədi
Paşinyan baş nazir təyin edildi
İrəvanda mitinq keçirilir- VAXT BAŞA ÇATDI
Paşinyan referendum ELAN ETDİ
Paşinyan Qasparyanı istefaya göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 