Google şirkətindən olan bir qrup tədqiqatçı 72 yüksək ötürücülüklü kubitlərdən istifadə olunduğu kvant prosesorunu yaradıb.
ONN MEDİA xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.
Qeyd edək ki, kvant kompüterlər xüsusi “bit” növləri sayılan “kubitlərlə” çalışır. Klassik bitlərdən fərqli olaraq, bütün bu elementlər eyni vaxtda həm sıfır, həm də vahid şəklində ola bilir. Bu özəllik tam yeni hesablama alqoritmləri tərtib etməyə imkan verir.
Kvant kompüterlərinin yaradılmasında əsas problem, çoxsaylı kubitlərlə bağlı hesablamalar və məlumatların yazılması zamanı xətaların ortaya çıxmasıdır. Kubitlərin sayı çox olduqca, problemin miqyası da daha böyük olur.
“Google” komandası bu problemi həll etdiklərini iddia edir. Tədqiqatçıların təqdim etdiyi 72-kubitli kvant prosessoru, sələfi – 9-kubitli prosessorun sxemi əsasında hazırlansa da, yeni kompüterdə kubitlər zəncirvari şəkildə bir-birinə bağlı deyil.
Onlar bir-birinin üzərində yerləşən iki “6*6” kvadrat massivini formalaşdırır. Belə mövqe hesablama zamanı meydana gələn xətaları müəyyən edib, aradan qaldırmağa imkan verir.
ABŞ-ın informasiya texnologiyaları nəhəngi super-kompüterin xarakteristikası ilə bağlı təfsilatları açıqlamasa da, şirkət rəsmilərinin sözlərinə görə, qurğu kvant mükəmməlliyinə nail olmaq, ən mürəkkəb tənliklərini yerinə yetirmək imkanı yaradır.



Ölümdən sonrakı həyat: Alimlər ruhun varlığını SÜBUT ETDİLƏR
“Google” casusluq iddialarına cavab verdi
Bu ölkə "Google" külli miqdarda CƏRİMƏLƏNDİ
Azərbaycanda "Google" niyə işləmir? - AÇIQLAMA
Öləndən sonra ruhumuz... ALİMLƏRDƏN ŞOK SÖZLƏR
Bu sosial şəbəkə istifadəçilərinə BƏD XƏBƏR - Fəaliyyəti dayandırılır
Azərbaycanda telefonlarda ciddi problemlər yarandı
“Google” öz smartfonları üçün şarj cihazından imtina etdi
"Google"dan YENİLİK
“Google Chrome” artıq internetsiz də İŞLƏYƏCƏK
Məşhur şirkət açıqladı: İşçilər evdən işləyəcəklər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 