ONN media xəbər verir ki, mütəxəssislər Cənubi Çin dənizində son illərdə baş verən qəzalar səbəbindən ikinci bir Bermud Üçbucağının yarana biləcəyi ehtimalını irəli sürüblər.
Çinin Şanxay şəhərindən 300 kilometr məsafədə başlayan, Hind-Çin, İndoneziya, Malay yarımadası, Koreya və Yaponiyaya qədər uzanan Cənubi Çin dənizində 2007-ci ilin yanvarından 2016-cı ilin dekabrına qədər 1186 gəmi qəzası baş verib.
Bu qəzaların səbəblərini araşdıran tətqiqatçılar bölgədə qeyri-adi bir vəziyyətin yaranmış ola biləcəyini bildiriblər.
Təkcə 2016-cı ildə sözügedən bölgədə 34 gəmi batıb. Bu da dünyada bir ildə baş verən 44 faiz gəmi qəzalarına səbəb olan Bermud Üçbucağının əkizinin yaranması ilə bağlı suallar ortaya çıxarır.
Bölgədə son qəza 6 yanvar 2018-ci il tarixdə Panamaya aid neft tankerinin CV Kristal adlı Honk Konqa məxsus yük gəmisi ilə toqquşması nəticəsində baş verib. Hər iki gəmidəki 32 nəfər qəzada həyatını itirib.
Mütəxəssislər qəzalara bölgədəki pis hava şəraitinin səbəb ola biləcəyini düşünür. Belə ki, ilin 300 günü saniyədə 13,8 metr sürətlə əsən sərt külək dənizdə 10 metr hündürlüyündə dalğalar yaradır.
Çin ötən həftələrdə Yeni Bermud Üçbucağı olaraq adlandırılan bölgədə dəmiryolu xətti inşa etmək istədiyini açıqlamışdı. Körpünün inşasının 1 il ərzində bitməsi planlaşdırılır. Lakin mütəxəssislər yeni salınacaq körpünün bir hissəsini heç vaxt gedilməməsi lazım olan bir yer adlandırırlar. Bu da təsadüfi deyil. Çünki körpünün inşa ediləcəyi Pinqtan boğazında daim külək və pis hava şəraiti hökm sürür.
Körpünün inşasında 300 min ton dəmir və 2 milyon 660 min ton sement istifadə olunacağı hesablanıb və bitdikdən sonra uzunluğunun 11 kilometr olacağı qeyd olunub. Bu qədər materialla Dubayda dünyanın ən hündür binası olan Bürc Xəlifədən 8 ədəd tikmək olar.
Körpünün ikimərtəbəli olacağı bildirilib. Üst hissəsindən yük və nəqliyyat avtomobilləri, aşağı hissəsindən isə saat 200 kilometr sürətlə qatar keçəcək.



İkinci Bermud Üçbucağı tapıldı
SON DƏQİQƏ: Çində DƏHŞƏTLİ HADİSƏ - 14 nəfər öldü
Çində gəmi qəzası: 12 nəfər itkin düşdü
Xəzərdə içərisində sərnişinlər olan gəmi batıb
20 min adamın itdiyi vahiməli bölgə - Alyaska üçbucağının SİRRİ
Aralıq dənizində gəmi batdı- 30 miqrant itkin düşdü
Hindistanda gəmi batdı: 21 ölü, 96 itkin
Xəzər dənizində iki gəmi toqquşdu- ÖLƏNLƏR VAR
Bakıda yol qəzaları əsasən hansı ərazilərdə baş verir? - VİDEO
Dənizdə DƏHŞƏT: yüzə yaxın sərnişin daşıyan GƏMİ BATDI, ÖLƏNLƏR VAR
SON DƏQİQƏ: İrana məxsus gəmi VURULDU – VİDEO
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı
Çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Fidan Ukraynaya səfərə gedir
Sabahın havası açıqlandı 