Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçirilən prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.
ONN media xəbər verir ki, Rusiyanın MSK sədri Ella Panfilova bu gün keçirdiyi mətbuat konfransında seçkilərin əsas parametrlər baxımından açıq və Rusiya Federasiyası qanunlarına uyğun keçirildiyini bildirib:
"Seçkilərin nəticələrinin ilk növbədə daxili ictimaiyyətimiz və beynəlxalq orqanlar tərəfindən tanınması üçün seçkilər rəqabətli, şəffaf və ciddi olaraq qanuna müvafiq keçirilməlidir. Bizim bütün fəaliyyətimiz bu əsas məqsədə nail olmağa yönəlib".
MSK sədri bülletenlərin 100 faizinin sayıldığını söyləyib. Beləliklə, nəticələrə görə, hazırki prezident Vladimir Putin seçicilərin 76,69 faizinin səsini toplayaraq qalib gəlib.
İkinci yerin sahibi Kommunist Partiyasının namizədi Pavel Qrudinin olub.
O, 11,77 faiz səs toplaya bilib. Üçüncü yeri 5,65% səslə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski, dördüncü yeri 1,68 faiz səslə Vətəndaş Təşəbbüsü Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, beşinci yeri 1,05 faiz səslə "Yabloko" Partiyasının namizədi Qriqori Yavlinski, altıncı yeri İnkişaf Partiyasından olan namizəd Boris Titov (0,68 faiz), yeddinci yeri 0,68 faiz səslə Rusiya Kommunistləri Partiyasının namizədi Maksim Suraykin, sonuncu yeri isə Rusiya Ümumxalq Partiyasının namizədi Sergey Baburin (0,65 faiz) tutub.



Rusiyada seçkilərin yekun nəticələri açıqlandı
Əliyevdən sonra Ərdoğanı kim təbrik etdi?
Putin Jirinovski ilə bu məsələni müzakirə etdi
Putin bu qədər səs topladı- Yekun nəticə
MSK seçkilərin nəticələrini açıqladı- RƏSMİ
Rusiyada prezident seçkiləri: qalibin adı açıqlandı
MSK son rəsmi nəticələri açıqladı
Seçkinin ilkin nəticələri elan olundu
Prezident seçkilərinin nəticələri açıqlanıb
MSK yekun nəticələri açıqladı: Seçicilərin 86,03 faizi İlham Əliyevə səs verib
Seçkilərə bu tarixdə yekun vurulacaq
Gürcüstanda hər kəs noyabrın 28-ni gözləyir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 