Aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkilərində səsvermənin yekun nəticələri açıqlanıb.
ONN media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 11 aprel prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə bildirib ki, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.
Beləliklə, emal olunmuş bülletenlərə əsasən, İlham Əliyev 86,3 faiz, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc 3,11%, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3,03%; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev 3,02 %, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1,52%; Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1,38%; Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1,17%; "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev isə səslərin 0,74% faizini toplayıb.
M.Pənahov artıq rəsmi şəkildə dairə seçki komissiyalarından protokolların MSK-ya daxil olmağa başladığını bildirib. Onun sözlərinə görə, seçici fəallığı 74,30 faiz təşkil edib.
Dünən gün ərzində MSK-nın qaynar xəttinə 300-dək müraciət daxil olub. Şikayət xarakterli müraciət isə daxil olmayıb. MSK sədri bundan sonra yekun protokolun hazırlanacağını və qərar qəbul edilərək onun Konstitusiya Məhkəməsinə göndəriləcəyini bildirib. Sayılmış bülletenlərin sayı 3 962 096-dır.
Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.



Səsvermə başa çatdı
Rəqibləri İlham Əliyevi təbrik etdi
Seçki bülletenlərinin çapına başlanıldı
MSK seçkilərin nəticələrini açıqladı- RƏSMİ
Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir
Namizədliyi təsdiqlənmiş 5 nəfər imza vərəqələrini MSK-ya təqdim etməyib
Seçkinin ilkin nəticələri elan olundu
Bu partiyalar seçkidə iştirak edəcək - SİYAHI
Seçki bülletenləri məntəqələrə paylanıldı
Seçki qabağı təşviqat aprelin 10-u dayandırılacaq
Əliyevdən sonra Ərdoğanı kim təbrik etdi?
35-ci dairədə vəziyyət gərginləşir: Araz Əlizadə təkrar seçkiyə qatılacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 