Bakı Ağır Cinayətlər Məhkəməsində Azərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs edildikdən bir müddət sonra ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONN media xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi, Amil Ağalının katibliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Babayev müdafiə çıxışı edib.
Vəkil təqsirləndirilən şəxsin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini istəyib.
V.Babayev bildirib ki, üzərinə həbs qoyulmuş əmlaklardan yalnız "Azərİlmə" və onun ətrafındakı qeyri-yaşayış sahəsi və Həsən Əliyev küçəsindəki ev ona aiddir. Digər əmlakların bir hissəsi vəzifəni icra etməzdən əvvəlki dövrə, digər hissəsi isə oğlu Aydın Muradova aiddir.
Prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Vidadi Muradov ittihamlarda təqsirli bilinib. Təqsirləndirlilən şəxs məhkəmə istintaqı zamanı vəfat etdiyi üçün ona cəza təyin edilməyərək, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin edilməli, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir.
Xatırladaq ki, qanuna görə, cinayət törətməkdə təqsirləndirilən şəxsin ölməsi cinayət təqibini istisna edən hallardan biri sayılır.
Qanuna əsasən, həbsdə vəfat edən şəxsin cinayət işi üzrə yaxınlarından bir nəfər hüquqi varis kimi tanınır. Vəfat edən şəxs özünü təqsirli bilməyibsə, təyin olunan hüquqi varis onun əvəzinə məhkəmədə iştirak edir. Məhkəmə vəfat edən şəxsin təqsirini sübuta yetirsə, ona cəza təyin olunur, lakin təqsirləndirilən şəxsin ölümü ilə bağlı cinayət işinə xitam verilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət əməli sübut olunmasa, cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə dair qərar qəbul olunur.
İttihama görə, Muradov Vidadi Aydın oğlu Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs olunub.
V.Muradova Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
Onkoloji xəstəliyi ilə əlaqədar təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən humanist qərar qəbul edilib və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılıb.
V.Muradov ötən ilin noyabrın 5-də vəfat edib.



"Azərsu"ASC-nin sabiq əməkdaşına AĞIR CƏZA VERİLDİ
Azərbaycanda vəzifəli şəxs məhkəmə zalında HƏBS EDİLDİ
Vidadi Muradov xəstəxanaya yerləşdirildi
Vidadi Muradovun polis rəisi olan oğlu İSTEFA VERDİ
Vidadi Muradov 22 milyona yaxın pulu mənimsəyib
Kafedə tanışını elə döydü ki...
Ata Abdullayevə 9 il həbs cəzası istənildi
Anasını boğdu, sonra isə... - DƏHŞƏTLİ CİNAYƏT
Marketdə satıcının başına rezin dəyənəklə vurdu, sonra isə...
Bakıda tanışını evinə çağırdı, sonra isə...
Bakıda məhkəmə hakimi həbs edildi - ŞOK SƏBƏB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 