Rusiya-Ukrayna qarşıdruması və Rusiyanın istənilən an bu ölkəyə hərbi müdaxilə edəcəyi ilə bağlı məsələsi dünya mediasının diqqət mərkəzindədir.
ONN media xəbər verir ki, Türkiyənin “haber7” media orqanı “Rusiya Çini gözləyir” başlıqlı məqaləsində yazır ki, Rusiya Çindəki Qış Olimpiadasının bitməsini gözləyir. Olimpiada bitər-bitməz Rusiya Ukraynaya hücum edəcək.
Məqalədə qeyd olunur ki, diplomatik səylərin davam etməsinə baxmayaraq ABŞ Rusiyanın bu həftə Ukraynanı işğal edəcəyini düşünür.
“Rusiyanın “məşqlər” adlandırdığı hərbi səfərbərlik və işğala ən böyük maneə kimi görünən Çin Olimpiadası bu həftə sonu başa çatır”- məqalədə deyilir.
Daha sonra qeyd olunub ki, yaxın bir neçə gündə Rusiyanın Ukraynaya müdaxiləsi baş verməsə belə, Avropanın təhlükəsizliyi və Şərq-Qərb münasibətlərinin gələcəyi ciddi bir dönüş nöqtəsindədir. Bu həftə proseslərin sülh yolu ilə həlli və ya Avropanın müharibədə olub-olmadığı müəyyən edilə bilər.
Avropanın soyuq müharibədən sonrakı təhlükəsizlik arxitekturasında uzun müddətdir razılaşdırılmış sərhədlər və adi hərbi, nüvə qüvvələrinin yerləşdirilməsi təhlükə altındadır.
“Növbəti 10 gün kritik gün olacaq” - Şimal-Qərb Universitetində beynəlxalq əlaqələrdən dərs deyən təqaüdçü diplomat və ABŞ-ın Gürcüstandakı hazırkı səfiri İan Kelli bildirib.
Bayden administrasiyası ABŞ kəşfiyyatının məlumatına əsasən işğalın çərşənbə günü istənilən vaxt baş verə biləcəyini və bu səbəbdən də Vaşinqton səfirlik işçilərini paytaxt Kiyevdən demək olar ki, hamısını təxliyə etdiyini söylədi. Prezident Co Bayden və Vladimir Putin arasında şənbə günü baş tutan telefon danışığı da gərginliyin azaldılması istiqamətində təsiri olmadı.
Moskva Ali İqtisadiyyat Məktəbinin Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Timofey Bordaçev deyib: “Rusiya və ABŞ Avropadakı gələcək düzəni ilə bağlı maraqların toqquşmasının zirvəsinə yaxınlaşır. Bu baxımdan tərəflər bir-birinə qarşı daha da irəli gedəcək hərəkətlərə əl ata bilər”.
Vaşinqton və NATO əsas təhlükəsizlik tələblərindən imtina etdikdən sonra Moskvadan rəsmi cavab gözləyirlər. Rusiyanın Ukrayna yaxınlığında böyük sayda hərbi qüvvə yerləşdirməsi və Belarusda keçirdiyi iri hərbi təlimləri başa çatacaq. Hazırda Belarusda olan rus qoşunlarının gələcəyi Kremlin niyyətlərinin qiymətləndirilməsində əsas rol oynayacaq.(ölke.az)



Rusiya Ukraynaya bu tarixdə hücum edəcək – ABŞ-dan yeni AÇIQLAMA
Kravçuk: Rusiya Ukraynanı qorxutmaq istəyirdi
Dünya buna hazır olsun - ABŞ-dan xəbərdarlıq
Hər an Rusiya hücum edə bilər - Zelenski
Kravçuk: Rusiya Ukraynanı belə məhv etmək istəyir
Rusiya-Ukrayna müharibəsi nə qədər çəkəcək?
Ukraynada müharibədə ölən uşaqların sayı 229-a çatıb
Britaniya Rusiya ilə müharibəyə hazırlaşır?- ŞOK İDDİA
“Putin hücum əmrini verib”
Şok plan: Putin son zərbəni bu cür endirəcək
Rusiyanın Ukraynaya HÜCUM XƏRİTƏSİ yayıldı
ABŞ-a aydın oldu ki, Rusiya hücum etməyəcək - Zaxarova
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 