ONN media Sonxeber.az-a istinadən xəbər verir ki, Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" ticarət mərkəzinin sahibiylə bağlı bəzi bilgilər əldə edilib. Kemerevoda yaşayan azərbaycanlı iş adamlarından birinin agentliyə verdiyi məlumata görə, faciə baş verən "Qış albalısı" ticarət mərkəzinin sahibi Denis Ştengelov adlı biznesmendir.
"Denisi yaxşı tanıyırdıq. O da biznesə 90-cı illərdə gəlib. Yerli bazarda topdan günəbaxan tumu satışıyla məşğul idi. Bundan sonra özünə şirkət təsis etdi. Tədricən günəbaxan tumlarını qızardılmış və paketlənmiş biznesinə girişdi. Burada böyük uğur qazana bildi. Bir neçə il ərzində isə vafli, şokolad, karamel istehsalıyla məşğul olmağa başladı. Həmin ərəfədə Kemerevo, Novokuznetsk, Prokopyevsk, Novosibirsk, Tomsk kimi şəhərlərin əksər ərzaq mağazalarında ancaq Ştengelovun məhsulları satılırdı. Təxminən "Roşen"in Ukraynadakı tutduğu mövqeni Ştengelovun şirkəti Qərbi Sibirdə tutmuşdu. Heç bir Moskva şirkəti regiona şirniyyat məhsulları göndərə bilmirdi".
Həmsöhbətimizin dediyinə görə, Ştengelov bir neçə il əvvəl əksər biznesinin Rusiyadan çıxarmışdı, Avstraliyada yaşayırdı.
"Qış albalısı" onun Kemerevodakı azsaylı obyektlərindən biriydi. Dünən yerli televiziya xəbər yaydı ki, Ştengelov həlak olanların hər birinin ailəsinə 3 milyon rubl (təxminən 52 min dollar) kompensasiya ödəyəcək . Bundan başqa o, Rusiyaya qayıdıb istintaqın suallarına cavab verməyə də hazırdı".
Qeyd edək ki, yanan ticarət mərkəzində 64 nəfər ölüb.



Rusiyada yanğında itkin düşən üç nəfər sağ tapıldı
Bu məmurlar vəzifədən azad edildi
Rusiyadakı dəhşətli yanğın qəsdən törədilib - İDDİA
Yanğınla bağlı son vəziyyət açıqlandı
Ağalarov yeni biznesə başladı
Heydər Əliyev Fondu Kemerovo faciəsi qurbanlarına yardım göndərdi
Dəhşətli yanğında azərbaycanlılar olub?- AÇIQLAMA
Yorğunluqdan qurtulmaq üçün nə etməliyik?
Rusiyada bu ərzaqlar yoxa çıxdı
Kəbirə Məmmədovanın bu biznesi bağlanır?
“Sədərək” bağlandı? - Açıqlama
"Eurohome"dəki yanğının zərərini kim ödəməlidir?
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 