Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronun Suriya Demokratik Qüvvələrinin (SDQ) nümayəndə heyətini qəbul etməsinə sərt reaksiya verib.
ONN media "Hürriyet”ə istinadən xəbər verir ki, R. T. Ərdoğan Ədalət və İnkişaf Partiyasının vilayət təşkilatlarının rəhbərləri ilə görüşündə bildirib ki, terror təşkilatını yüksək səviyyədə qonaq edənlər bunun Türkiyəyə qarşı düşmənçilik mənası daşıdığını bilməlidir: "Ey Qərb! Sizin SDQ dediyiniz Suriya Demokratik Qüvvələri PKK terror təşkilatının aynasıdır. Guya onlar PKK deyilmiş. Bununla bizi aldatmağa çalışırsınız, halbuki biz onların hamısının təməlini bilirik. Hamısının kimliyi, ünvanları bizdə var. Deyirlər YPG-yə dəstək təminatı verdik. Sözə bax. Türkiyə ilə SDQ arasında vasitəçilik edə biləcəklərinə dair yayılan xəbər əgər doğrudursa, bunu söyləyən şəxsin həddini və boyunu açan bir sözdür bu. Bizim vasitəçiyə ehtiyacımız yoxdur. Türkiyə nə zamandan bəri terror təşkilatları ilə masaya oturub? Bunu haradan çıxarırsınız? Siz terror təşkilatı ilə masaya otura bilərsiniz, amma Türkiyə terror təşkilatları ilə Afrində olduğu kimi mübarizə aparır. Siz kimsiniz ki, bir terror təşkilatı ilə Türkiyə arasında vasitəçilik ifadəsini ağzınıza alırsınız? Bunların dostu YPG bölgəmizdəki ən əliqanlı, ən əxlaqsız, insanlıq düşməni terrorçu təşkilatdır. Bu tövründən sonra Fransanın heç bir terrorçudan, terror aksiyasından şikayət etməyə haqqı qalmayıb. Terrorçularla yatıb-qalxan, hətta onları saraylarda qonaq edənlər səhvlərini tez-gec anlayacaqlar. Suriyada canını qurtaran terrorçular ora doluşduqda ümid edirik ki, bizdən yardım istəməzlər”.
R. T. Ərdoğan E. Makron ilə son telefon danışığına da toxunub: "Gördüm qəribə-qəribə şeylər söyləyir, ona yüksək dalğadan cavab verdim”.
Qeyd edək ki, Suriya Demokratik Qüvvələrinin tərkibində PKK terror təşkilatının Suriya qolu YPG də təmsil olunur.



Makron Türkiyəni qəzəbləndirdi
ABŞ- la qarşı- qarşıya gəlmək istəmirik çünki...
Ərdoğan ABŞ-a səfər edəcək?
17 min 750 terrorçunu zərərsizləşdirdik - Ərdoğan AÇIQLADI
Ərdoğan yeni əməliyyatların anonsunu verdi
Türkiyə prezidenti NATO-nun Suriya ilə bağlı mövqeyini sərt tənqid edib
Ərdoğandan sərt mesaj- Sonuncuya çatana kimi...
Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək
PKK-çılar Lavrovla görüşdü: Türkiyədən SƏRT REAKSİYA
Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq
Ərdoğan ABŞ-a SƏSLƏNDİ: "Bu bölgələrdə qalmağın mənası yoxdur"
Ərdoğandan terror açıqlaması : Günahsız insanların ölümü...
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 