“Yaxın günlərdə, qısa müddətdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq”.
ONN media-nın APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament qrupunun toplantısında çıxış edərkən deyib.
Afrinin PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənəcəyini vurğulayan R. T. Ərdoğan bildirib ki, mühasirə nəticəsində terrorçular tərəfindən Afrin şəhər mərkəzinə göndərilən yardımların önü kəsiləcək: “Həm də terror təşkilatının kimlərləsə bazarlıq etmək imkanı da aradan qalxacaq. Türkiyənin “qırmızı cizgiləri”ni yox sayanların alınlarına bu “qırmızı cizgi”ni çəkmək və var olduğumuzu göstərmək boynumuzun borcudur. Suriyada “Fərat qalxanı”, “Zeytun budağı” əməliyyatında olduğu kimi, Telabyaddan Qamışlıya qədər hər yerdə terrorçuların kökünü kəsəcəyik”.
Türkiyə prezidenti bir daha ABŞ-ın PYD/YPG-yə 5 min yük maşını, 2 min yük təyyarəsi ilə silah və texnika göndərdiyini qeyd edib: “Bunu dansalar da, fotoları, görüntüləri təqdim edəndə deyirlər ki, 3-5 gün, 3-5 həftə ərzində aradan qaldıracağıq. Biz danışıqlarla bərabər sahədə əməliyyatlarımızı davam etdirəcəyik. Dünən Rusiya və İran prezidentləri ilə telefon danışığımız oldu. Türkiyə hər zaman istənilən vəziyyətdə çoxyönlü siyasət həyata keçirmək məcburiyyətindədir”.
R. T. Ərdoğan indiyə qədər Suriyanın Afrin bölgəsində həyata keçirilən Zeytun budağı” əməliyyatında 1715 terrorçunun məhv edildiyini, türk ordusunun 32 hərbi qulluqçusunun şəhid olduğunu bildirib.
Qeyd edək ki, Qamışlı şəhəri Suriyanın şimalında PYD/YPG terror təşkilatının əsas mərkəzlərindən biridir. Türkmən şəhəri olan Telabyad hazırda PYD/YPG-nin işğalındadır. Qamışlı və Telabyadda ABŞ hərbi bazaları var.
Yaxın günlərdə Afrin şəhər mərkəzi mühasirəyə alınacaq



Ərdoğandan açıqlama: Afrin şəhəri tam nəzarətə götürülüb
Afrində zərərsizləşdirilən terrorçuların sayı 3300 oldu
Afrində vəziyyət necədir?-AÇIQLAMA
“Zeytun budağı” əməliyyatında üçüncü türk hərbçisi şəhid oldu
PKK-nın da sonu ASALA kimi olacaq - Ərdoğan
Ərdoğan Afrin əməliyyatının səbəbini açıqladı
Prezident "Zeytun budağı” haqqında danışdı
Afrində ikinci ən böyük şəhər terroçulardan təmizlənib
Kürdlərdən “Zeytun budağı” əməliyyatı barədə — ŞOK İDDİA
Daha bir şəhid xəbəri gəldi
Türkiyə ordusu Afrində strateji yüksəkliyi PYD/YPG terrorçularından təmizləyib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 