Gürcüstanın sabiq prezidenti və Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmağa hazır olduğunu bəyan edib.
ONN media virtualaz.org-a istinadən bildirir ki, Yaxın zamanda Ukraynaya qayıtmağa hazırlaşdığını deyən Saakaşvili, diaspora üzvləri və ukraynalı tələbələrlə görüşlər keçirdiyini diqqətə çatdırıb.
"Mən bir çox Avropa şəhərlərinə səfər edirəm, müxtəlif insanlarla görüşürəm. Yaxın günlərə bir sıra görüşlər təyin olunub. Bir neçə gündən sonra Avropanın turizm institutlarında təhsil alan ukraynalılardan ibarət böyük qrupla görüşəcəyəm.
Ukrayna diasporunun dəstəyi ilə, Avropanın turizmlə bağlı bir neçə təhsil müəssisəsinin tələbələrini bir araya gətirib, Ukraynada turizmin perspektivləri ilə bağlı seminar keçiririk. Mənim bu sahədə böyük təcrübəm var, çünki Gürcüstanda cəmi 100 min turistlə başlayıb, milyonlarla turistlə bitirmişik", - deyə Saakaşvili bildirib.
Xatırladaq ki, 2017-ci ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib, 2018-ci ildə isə o, ölkədən çıxarılıb. Ukrayna tərəfinin iddiasına görə, Saakaşvili pasport şöbəsinə sənədlərini verən zaman düzgün məlumatlar təqdim etməyib, Gürcüstanda məhkumluğu ilə bağlı faktı gizlədib.
Saakaşvili sonradan məhkəməyə şikayət etsə də, onun ərizəsinə indiyə kimi baxılmayıb.



Saakaşvili Ukraynaya nə vaxt qayıda biləcək? - Qaribaşvili AÇIQLADI
Saakaşvilidən gözlənilməz qərar
Saakaşvili:“Məni Ukraynaya qaytarın"
Saakaşvili Polşadan Niderlanda gedəcək
Saakaşvili əsgər gedir
Azərbaycanlılar qayıtmağımı istəyir - Saakaşvili
Saakaşvili Ukrayna hökumətinə rəhbərlik etməyə hazırdır
Zelinski: "Ukraynanın məqsədi budur"
Saakaşvili Gürcüstana qayıtdı
Saakaşvili: "Poroşenko ilə yalnız onun istefası barədə danışmağa hazıram"
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 