Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi, eyni zamanda satışı qadağan edilib.
ONN media Report-a istinadən xəbər verir ki, hazırda mağazalarda qadağadan əvvəl idxala edilən geyimlər satılır.
“Çimərlik mövsümü yaxınlaşır, bu mallara təlabat artır. Ancaq Türkmənistana xarici ölkələrdən qadın çimərlik geyimlərinin, bikini və şortların gətirilməsi qadağan olunub. Gömrük Xidməti qadağanın səbəbini açıqlamır”, - satıcılar bildiriblər.
Türkmənistanın Gömrük Xidməti məsələ ilə bağlı KİV-in sorğularına cavab verməyib.
Bununla belə adının açıqlanmasını istəməyən gömrük əməkdaşı qadağa ilə bağlı ehtimalını bildirib: “Ola bilsin, bu, türkmənlərin mənəvi dəyərləri ilə bağlıdır. Başqa sözlə, türkmən qızları çimərlik paltarı geyinmələrinə ehtiyac görmürlər”.
Lakin gömrük əməkdaşı qadağanı indi tətbiq edilməsinin səbəbini izah edə bilməyib.
Qeyd edək ki, Türkmənistanın mərhum prezidenti Saparmurad Niyazovun (Türkmənbaşı) hakimiyyəti illərində də müxtəlif qadağalar tətbiq edilirdi. Məsələn, qızıl dişlər, saçların və saqqalın uzadılması qadağan olunmuşdu. 2013-cü ildən isə dövlət müəssisələrində işləyən, ali məktəblərdə təhsil alan qızlar qırmızı rəngli donlar və milli yayılıqlar geyinməyə məcbur olunurlar.
Bu yaxınlarda isə Türkmənistana xaricdən saç boyalarının gətirilməsi qadağan edilib.



Bu tarixdən çimərlik mövsümü başlayır
Əli Əsədov bu məsələ il ə bağlı qərar imzaladı
Azərbaycanda daha bir şəxs vəzifədən uzaqlaşdırıldı
Qarabağda 3 gömrük postu fəaliyyətə başladı
Bu avtomobillər gömrük rüsumundan azad edildi
Sumqayıt bulvarında ölümə aparan vəziyyət
FHN çimərlik ərazilərində təhlükəsizlik tədbirlərini gücləndirdi
Avtomobillərdə dərman preparatları aşkarlandı
Baş nazir qərar imzaladı
Gömrük komitəsində daha bir vəzifəli şəxs işdən çıxarıldı
Baş Gömrük İdarəsi ilə bağlı iddialara - Cavab
Xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 