ONN media xəbər verir ki, Ermənistanın ikinci böyük şəhərində nümayişçilər icra hakimiyyətinin binasını ələ keçiriblər.
Ermənistan polisi Yerevanın mərkəzindəki Fransa meydanına əlavə qüvvə cəlb edib. Meydanın ərazisi hazırda tamamilə əhatəyə alınıb. Ayrı-ayrı polis qüvvələri nümayişçilərin təzyiqlərinə məruz qalır. Nümayişçilər polisləri itələyərək meydanı genişləndirməyə çalışırlar.
Sputnik Ermənistan Fransa meydanında vəziyyətin kifayət qədər gərgin olduğunu bildirir. Opera və Balet Teatrının binası yaxınlığında polis əraziyə gələn mitinqçiləri avtobuslara dolduraraq ərazidən uzaqlaşdırmağa çalışır.
Burada polislər dəbilqə və qalxanlarla yaraqlanıblar. Onlar özləri vəziyyəti şərh etməkdən imtina edirlər. Daha bir polis qrupu isə Maştots prospekti ilə üzü yuxarı, Moskovyan küçəsi ilə kəsişməyə doğru hərəkət edir.
Mitinqçilər müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi altında Baqramyan küçəsi ilə Fransa meydanına tərəf irəliləyirlər. Polis "Mənim addımım" hərəkatının lideri olan Nikol Paşinyana bildirib ki, etiraz aksiyasına görə məsuliyyəti o daşıyır.
Paşinyan isə öz növbəsində polisə vəziyyəti gərginləşdirməməyi tövsiyə edib. O, qeyd edib ki, aksiya dinc xarakter daşıyır və Yerevanın mərkəzi küçələrində yürüş şəklində davam etdiriləcək. "Biz Maştots prospektindən Koryun küçəsinə çıxmağı planlaşdırırıq!" — deyə Paşinyan polisə bildirib.
Paşinyan və tərəfdarlarına polisin göstərdiyi marşrut üzrə hərəkət etmək tövsiyə olunub. Həmçinin qeyd olunub ki, saxlanılan gənclər tezliklə azadlığa buraxılacaq. Buna paralel olaraq polis şəhərə əlavə qüvvə cəlb edib.
Mitinqdə Paşinyan fəallara bildirib ki, bu gecə Fransa meydanında qalmağa ehtiyac yoxdur. O, həmçinin qeyd edib ki, fəallar dövlət idarələrinin binalarının, eləcə də metro və ictimai nəqliyyatın qarşısını kəsməlidirlər.
Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə də vəziyyət gərginləşib. Mitinqçilər Şirak vilayətinin icra hakimiyyətinin binasına daxil olmağa cəhd göstərirlər. Səhər tezdən nümayişçilər şəhərin baş prospektini bağlamağa çalışırlar. Bir nəfər saxlanılaraq polis idarəsinə aparılıb. Hazırda etiraz aksiyasında, əsasən, gənclər iştirak edir və onlar yerli icra hakimiyyətinin binasını dövrəyə alıblar.
Yerevanda iki gün əvvəl başlayan "vətəndaş itaətsizliyi" aksiyasının iştirakçıları eks-prezident Serj Sarqsyanın baş nazir olmasına etiraz edirlər.



Yerevanda polis hökumət binasını əhatəyə aldı
Paşinyanın iqamətgahına doğru yürüş başladı
Yerevanda Sarqsyana qarşı etirazlar
Fransada etirazlar davam edir
Yerevanda vəziyyət gərginləşir
Ermənilər səfirliyimizin önündə aksiya keçirib
İrəvanda Paşinyana qarşı mitinq keçirilir
"Paşinyan türkdür": Ermənistan AYAĞA QALXDI - VİDEO
Polis etirazçılara atəş açdı - 5 ÖLÜ
İrəvanda GƏRGİNLİK ARTIR: Polis binası mühasirəyə alındı
İrəvanda etirazçılar iki prospekti bağladılar: Saxlanılanlar var
Ermənistandakı toqquşma zamanı xəsarət alanlar var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 