Kreml sahibi Vladimir Putinin tapşırığı ilə Rusiya Fövqəladə Hallar Nazirliyinin İl-76 təyyarəsi vasitəsilə Qarabağı tərk etmiş ermənilər üçün İrəvana 40 ton humanitar yardım çatdırmasının anlamı nədir? Qarabağ ermənilərinin Rusiyadan göndərilən ərzağa, adyala, yorğan-döşək dəstinə o qədərmi ehtiyacı var?
ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyadan Ermənistana “humanitar yardım” göndərilməsini şərh edərkən deyib.
O bildirib ki, Qarabağ erməniləri iki aya yaxındır bölgəni tərk edib və Ermənistanın müxtəlif bölgələrində yerləşiblər:
“Ermənistan hökuməti onlara maliyyə və ərzaq yardımı ayırıb. Üstündən bu qədər müddət keçdikdən sonra Kremlin Qarabağ ermənilərinə yardım göndərməsi Azərbaycana xoş olmayan mesajdır. Görünür, Kremldəkilərin Nikol Paşinyandan xoşları gəlməsə də, erməni separatizminə olan ümidləri itməyib. Rusiya Birinci Qarabağ müharibəsi zamanı yurdunu tərk edən və ağır şəraitdə yaşayan yüzminlərlə azərbaycanlıya o illərdə yardım etdimi? Xatırlamıram. Kreml Qarabağ ermənilərinə yardım göndərməklə Fransadan və ABŞ-dan daha “irəli” getdi”.
Qeyd edək ki, Qarabağdan Ermənistana könüllü miqrasiya edən ermənilərin yalnız 1143 nəfəri hazırda yataqxana və sosial evlərdədir, qalan hamısı öz evlərində və yaxud boş mənzillərdə yerləşiblər



Rusiyanın yardım maşını Xankəndiyə yola düşdü
Sülhməramlılar Qarabağı tərk etdi
Ermənilərə göndərilən ərzaq Xankəndiyə çatdırıldı
ABŞ Ermənistana 11,5 milyonluq humanitar yardım ayırdı
Qarabağ erməniləri həyasızdırlar- Qarabağ qrupunda ŞOK YAZIŞMA
Ermənistana 50 ton silah göndərildi - SƏFİRLİK
Ermənilər Qarabağa qayıtmamağa qərar verdi
Rusiya Qarabağa 7 vaqon yardım göndərdi
Qarabağa silah daşınmasına MN və XİN-dən cavab
Sülhməramlılar yenə ermənilər üçün aksiya keçirdi
Rusiya FHN Qarabağa humanitar yardım göndərdi
Ermənistan Ukraynaya humanitar yardım göndərdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 