Xarici işlər naziri Ceyhun Bayramov Laçın dəhlizinin hərbi məqsədlər üçün istifadə edilməməsi vacibliyini bildirib. Bu cümlə başqa şəkildə belə oxunmalıdır: “Rusiya Laçın dəhlizindən erməni separatçılarına silah və sursat daşımağa şərait yaradıb”.
ONN media xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Azərbaycanın Qarabağ bölgəsinə Laçın dəhlizindən istifadə edilməklə silah daşınması barədə yayılan məlumatı şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan Müdafiə Nazirliyində noyabrın 5-də keçirilən müşqvirədə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti ətraflı təhlil edilib:
“Müşavirədə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətdə saxlanılmasının vacibliyi xüsusi qeyd edilib.
Kreml birinci mərhələdə rusiyalı hərbçiləri Qarabağda yerləşdirdi, ikinci mərhələdə milyarder Ruben Vardanyanı Xankədiyə göndərdi, üçüncü mərhələdə erməni separatçılarının silahlanmasını təmin etdi, növbəti mərhələ Qarabağdakı ermənilərə Rusiya pasportlarının paylanmasının miqyasını artırmaq olacaq. Kremlin fəaliyyəti “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” siyasəti ətrafında formalaşıb. Rusiya hərbçilərinin bölgədə qalma müddətinin vaxtı azaldıqca Kremlin erməni separatçılarıyla ittifaqı güclənəcək”.



Nazir bu ərazilərlə bağlı tapşırıq verdi
Ermənilər Qarabağa növbəti dəfə hərbi yük gətirdi
Paşinyan təcili iclas keçirir
Zakir Həsənov müşavirə keçirdi
Bakı sərhəddə qoşun yığır- NƏ BAŞ VERİR?
SON DƏQİQƏ: MM-dən TƏCİLİ MƏLUMAT
Rusiyadan Laçın dəhlizi ilə bağlı SON AÇIQLAMA
Ermənilərin silah daşımasının daha bir SÜBUTU
Sülhməramlılar Bakı ilə danışıqlar aparır
Qarabağa İran üzərindən silah daşınır?- ŞOK İDDİA
Rus sülhməramlıları Qarabağda DÖYÜŞ HAZIRLIĞINA BAŞLADI
Laçın istiqamətindəki mövqelərimiz atəşə tutuldu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 