İranda 84 yaşlı ayətullah Əli Xameneini ölkənin ali rəhbəri postunda kimin əvəzləyəcəyi ilə bağlı müzakirələr yenidən qızışıb.
ONN media xəbər verir ki, bu dəfə məsələnin gündəmə gəlməsinə başlıca səbəb İranda ali rəhbəri seçmək səlahiyyətinə malik qurumun - Məcles-e Xobreqan, yəni Ekspertlər Şurasının üzvü ayətullah Rəhim Təvəkkülün noyabrın 28-də “Cəmaran” saytına verdiyi eksklüziv müsahibədə söylədikləri olub.
Müxbirin Ekspertlər Şurasında gələcək rəhbərin müəyyənləşməsi ilə bağlı müzakirələr getdiyi barədə məlumatların doğru olub-olmadığı barədə sualına cavabında R.Təvəkkül deyib:
“Yox, bu mövzu Şuranın iclaslarında müzakirə olunmayıb. Bir neçə nəfərlik komissiya vardır ki, gələcək rəhbərin müəyyən edilməsi istiqamətində iş aparır. Onlar uyğun şəxsləri seçir və yalnız rəhbərin özü ilə məşvərət edirlər. Həmin bir neçə nəfərin seçdiyi şəxslər barəsində heç kəsə məlumat verilmir, yalnız rəhbər və Şuranın sədri bunu bilir. Başqa heç kəsin onların gördüyü işdən xəbəri yoxdur. Bu, tamamilə məxfi bir işdir”.
Daha sonra R.Təvəkkül özünün də həmin komissiyada təmsil olunduğunu bildirib, amma müxbirin təkidli suallarına rəğmən, komissiyanın digər üzvlərinin kim olduğunu açıqlamayıb, eləcə də müxbirin İran Prezidenti İbrahim Rəisinin və ayətullah Əhməd Xatəminin həmin komissiyada olub-olmadıqları ilə bağlı sualına konkret cavab verməyib.
Bununla belə, Ekspertlər Şurası üzvünün Xameneinin siyasi varisinin müəyyənləşməsi ilə bağlı gizli iş aparan bir komissiyanın mövcudluğunu təsdiq etməsi həmin mövzu ətrafında müxtəlif müzakirələrə yol açıb



İranda ayətullah öldürüldü
İranda gözlənilən gün gəldi- SEÇİM BAŞLAYIR
715 məhkum əfv olundu
İranda savaş başlasa, Azərbaycan… – Duqindən SOS
İranda Xameneinin evi yandırıldı
İranın Ali dini lideri ilə bağlı ŞOK İDDİA
İranda daha 976 nəfər koronavirusa yoluxdu
İranda daha 121 nəfər koronavirusdan ölüb
İranda koronavirusa yoluxanların sayı 90 min nəfəri keçdi
İranda milli matəm elan edildi
İranda BİR İLK: Dövlətə qarşı çıxanlar əfv olundu - Ali rəhbərdən QƏRAR
İranda prezident seçkilərinin tarixi açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 