Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Osmanlı imperiyasında 1915-ci il hadisələri zamanı həyatını itirən ermənilərlə bağlı İstanbuldakı Erməni Apostol Kilsəsində təşkil edilən mərasimin iştirakçılarına başsağlığı məktubu göndərib.
ONN media Türkiyə Prezident Administrasiyasının saytına istinadla xəbər verir ki, R. T. Ərdoğan həyatını itirən Osmanlı ermənilərini hörmətlə yad etdiyini, onların övladlarına və nəvələrinə başsağlığı verib.
Türkiyə prezidenti türk xalqının tarix boyunca ağrı-acıları bir-birindən fərqləndirmədiyini, müqayisə etmədiyinin, bu acıları paylaşdığını qeyd edib: "Bu gün də biz bu mirasımıza sadiq qalaraq qardaşlığı, sülh və sabitliyi gücləndirməyə çalışırıq. Erməni vətəndaşlarımızın tarixdə yaşadıqları acıları paylaşmaq türk millətinin vicdan və əxlaqının tələbidir. İnşallah, qarşıdakı dönəmdə də sizlərin dərdlərinizə ortaq olmağa, problemlərinizin həlli yolunu tapmağa kömək edəcəyik. Erməni vətəndaşlarımızın da mədəniyyətimizə, bəşəri, siyasi və iqtisadi həyatımıza töhfələrini artıracağına inanıram. Sizin bu günə qədər olduğu kimi, bundan sonra da ortaq tariximizi təhrif edərək kin, nifrət və qisasa çağıranlara fürsət verməyəcəyinizə əminəm. Bir daha Birinci Dünya müharibəsi illərində həyatını itirən Osmanlı ermənilərinin xatirəsini hörmətlə yad edirəm”.



Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj
Ərdoğan İrana başsağlığı verdi
Ərdoğan erməni patriarxa məktub göndərdi
Ərdoğan Yunanıstan prezidentinə başsağlığı verib
Ərdoğan İsrail prezidenti ilə regionu müzakirə etdi
Ərdoğan İsrail prezidentinə başsağlığı verdi
Ərdoğan Azərbaycan xalqına başsağlığı verdi
Ərdoğan İrana başsağlığı verdi
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Ərdoğan Paşinyanla danışdı
Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 