Bu gün Birinci Dünya müharibəsinin ağır şərtlərində həyatını itirmiş Osmanlı İmperiyasının erməni vətəndaşlarını bir daha ehtiramla yad edir, onların nəvə-nəticələrinə başsağlığı verirəm. Qarşıdurmalar, üsyanlar, dəstə hərəkətləri və terror aktları nəticəsində ölən və ya şəhid olan bütün Osmanlı cəmiyyətinin üzvlərinə Allahdan rəhmət diləyirəm.
ONN media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Ermənilərinin Patriarxı Sahak Maşalyana ünvanladığı məktubda bildirib.
“Birinci Dünya müharibəsinin Osmanlı torpaqlarında törətdiyi dağıntılar yaddaşlarda dərin izlər buraxıb. Əcdadlarımızdan miras qalan sülh və əmin-amanlıq mühitinin davam etdirilməsi yalnız bizim birgə səylərimizlə mümkündür. Mədəni və insani əsərlərlə Anadolu torpaqlarını zənginləşdirən erməni vətəndaşlarımızın təhlükəsizliyi, firavanlığı və xoşbəxtliyi bu gün də təmin edilir. Radikal diskurslara, marjinallaşmaya, nifrət ifadələrinə yer vermədən tarixdə baş verən hadisələri ağlın, vicdanın və elmin təşəbbüsü altında ələ almalıyıq. Milli yaddaşımıza həkk olunmuş hadisələri bir-birindən ayırmadan empatiya qurmaq həm də nifrət toxumlarının kök atmasının qarşısını alacaq. İnanırıq ki, gələcək nəsilləri dünyanı bürüyən müharibələrdən qorumağın yolu gələcəyimizi birlikdə qurmaqdan keçir. Bu fikirlərlə mən bir daha erməni icmasının dəyərli üzvlərini ən səmimi hisslərimlə salamlayıram”, - Ərdoğan vurğulayıb.



Ərdoğan erməni patriarxa məktub göndərdi
Ərdoğan ermənilərə başsağlığı verib
Ərdoğan İrana başsağlığı verdi
Ukrayna XİN-dən Ermənistana ZƏRBƏ - Bu ifadə qadağan edildi
Osmanlı dövləti təhqir edildi- Şok
Ərdoğandan Ermənistana- QƏBULEDİLMƏZDİR!
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Bu gün Ənvər Paşanın doğum günüdür
22 noyabr Ənvər Paşanın doğulduğu gündür
Ərdoğan: “Bundan sonra da Azərbaycanın yanında olacağıq”
Erməni katalikosdan Türkiyəyə qarşı iddia
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 