Aprelin 24-də Qrenlandiyada yerli parlamentə seçkilər keçirilir.
ONN media bildirir ki, seçkilər çərçivəsində seçicilər Qrenlandiyanın Danimarkadan ayrılmasına da münasibət bildirəcəklər.
Dünyanın bu ən böyük adasının ərazisi əsasən buzla örtülüdür. Adada əhalinin sayı 55 min nəfərdir. Qrenlandiyanın yerli hökuməti hər il Danimarkadan təqribən 3,6 milyard Danimarka kronu (483 milyon avro) subsidiya alır. Danimarka Konstitusiyası ada sakinlərinin öz müqəddəratını təyinetmə hüququnu tanısa da, Qrenlandiyanın müstəqil dövlət olması illik büdcəsinin 60 faizini təşkil edən subsidiyaların kəsilməsi ilə nəticələnəcək. Bu səbəbdən Qrenlandiyanın müstəqilliyinin tərəfdarı olan və seçkilərdə iştirak edən siyasi partiyalar üçün başlıca məsələ ayrılma prosesinin adanın yoxsullaşması baş vermədən həyata keçirilməsidir. Yerli KİV-lər qeyd edirlər ki, Qrenlandiyada ÜDM-in 2,2 milyarddan bir qədər çox olması nəzərə alınarsa, müstəqillik və bunun ardınca büdcənin azalması adanı Avropanın ən yoxsul ölkələrindən birinə çevirə bilər.
Seçkilərdə iştirak edən yeddi siyasi partiyadan altısı müstəqilliyin tərəfdarı kimi çıxış edir.
Qeyd edək ki, Qrenlandiya Danimarkanın tərkibində olduğu vaxt - 1979-cu ildə muxtariyyət əldə edib. 2009-cu ildə isə ada özünüidarə hüququ alıb. Kopenhagen yalnız Qrenlandiyanın xarici siyasəti və müdafiə məsələləri üzərində nəzarəti əlində saxlayır.



Tramp Qrenlandiyanı almaq istəyir?
Danimarkadan Trampa sərt cavab
Trampdan QƏRİBƏ TƏKLİF
Bu ölkələr hava məkanını Rusiya üçün bağlayır
Gürcüstanda seçkilər başladı
Rusiya Dövlət Dumasına seçkilər başa çatdı
Dünyanın ən bahalı futbolçusu kimdir?
ATƏT Gürcüstandakı seçkilər barədə məlumat yaydı
Tramp Danimarka səfərini təxirə saldı - SƏBƏB?
Zurabişvili seçkilərdən danışdı
XİN seçkilərlə bağlı bəyanat yayıb
İlin ilk Günəş tutulması başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 