Donald Tramp: "Suriyadan çəkilmək istəyirik, amma qalıcı bir iz qoyduqdan sonra"
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makron ilə Ağ Evdə keçirdiyi görüşdən sonra Suriyadakı ABŞ hərbçiləri ilə bağlı bəyanat verib.
ONN media "Hürriyet"ə istinadla xəbər verir ki, Tramp "Evə qayıtmaq istəyirik və qayıdacağıq, amma orada güclü və qalıcı bir iz qoymaq istəyirik" deyib.
Ağ Evdə Makron ilə birgə mətbuat konfransı keçirən Tramp ABŞ hərbçilərinin Suriyanı tərk edəcəyi ilə bağlı vəd vermədiyini söyləyib. O, yaxın zamanda belə bir hadisənin gözlənilmədiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Makron ABŞ-a səfəri ərəfəsində Trampa əsgərlərini Suriyadan geri çəkməməsi çağırışı etmiş, belə bir addımın Suriyanın İrana və Bəşər Əsədə verilməsi mənasına gələcəyini söyləmişdi. Bundan əvvəl Tramp ən qısa müddətdə ABŞ hərbçilərinin Suriyadan çıxarılmasını istəmişdi.
Bu arada Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl-Cubeyr Qətəri Suriyaya ordu göndərməyə çağırıb. Cubeyrin fikrincə, Qətər ABŞ-ın hərbi dəstəyindən məhrum olmaq istəmirsə, bu addımı atmalıdır.
"Qətər ABŞ ordusunun Suriyada qalması üçün maliyyə yardımı ayırmalı, həmçinin ABŞ prezidenti Qətəri qorumaqdan imtina etməmiş, Qətər öz ordusunu Suriyaya göndərməlidir. Əgər ABŞ Qətərin təhlükəsizliyini qorumağı dayandıra, o zaman ölkədə rejim bir həftədə devriləcək"- deyə o, qeyd edib.
Xatırladaq ki, cari il iyunun sonlarından etibarən Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə diplomatik əlaqələri dayandırıb. Onlar Qətəri terrorçuluğu dəstəkləməkdə ittiham edir.



Tramp Suriya kürdlərinə zəmanət verdi
ABŞ ordusunu Suriyadan çıxarır
Trampdan növbəti Suriya açıqlaması
ABŞ-dan Suriya qərarı
Putin, Tramp və Makron Qarabağla bağlı birgə bəyanat verdi
Tramp və Makron İranı müzakirə etdi
Tramp ABŞ qoşunlarının Suriyadan nə vaxt çıxarılacağını açıqlayıb
Tramp Kanada Baş Nazirini söydü və...
Tramp bu ölkəyə gedir
Trampdan Türkiyəyə XOŞ XƏBƏR
Tramp Ağ Evdə iftar verdi
Trampdan PKK və İŞİD- lə bağlı şok açıqlama
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 