ABŞ hərbi qüvvələri daha bir müddət Suriyada qalacaq.
ONN media "Hürriyet"ə istinadla xəbər verir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının iclasında ölkə hərbçilərinin hələ bir müddət də Suriyada qalması barədə qərar qəbul olunub. İclasda prezident Donald Tramp hərbçilərin uzun müddət Suriyada qalmasının tərəfdarı olmadığını, yaxın zamanda onların Suriyadan çıxarılmasını tələb edib
Ağ Evdən gələn açıqlamada isə Suriyadakı hərbi əməliyyatların başa çatmaqda olduğu bildirilib. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Dan Coats da hərbçilərin Suriyadan çıxarılmasının müddəti ilə bağlı yaxın vaxtlarda rəsmi açıqlama veriləcəyini deyib.
Bir müddət öncə Tramp hərbçilərin Suriyadan çıxarılmasını istəmiş, burada qalmağın böyük narahatlıq yaratdığını demişdi. "Suriyadan çıxmaq planı üzərində işləyirik. Səudiyyə Ərəbistanı bizim Suriyada qalmağımızı istəyirsə, bunun xərcini ödəməlidir" — deyə Tramp bildirmişdi.
Bu arada, ABŞ prezidenti fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Yelisey Sarayından verilən məlumata görə, liderlər İraq və Suriyadakı vəziyyət və İŞİD faktorunu müzakirə ediblər.
"Hər iki lider həm bölgədəki sabitliyin, həm də iki ölkənin təhlükəsizliyinin qorunması məqsədi ilə həyata yaradılan beynəlxalq koalisiyanın fəaliyyətinin davam etdirilməsinin vacibliyini bildiriblər" — deyə məlumatda bildirilir.
Qeyd edək ki, Fransa prezidenti Makronun bu ay ABŞ-a ilk rəsmi səfəri olacaq. Prezidentlər aprelin 24-25-i tarixlərində görüşəcəkləri planlaşdırılır.



Trampın Suriya qərarı qətidir- AÇIQLAMA
ABŞ ordusunu Suriyadan çıxarır
Ağ Evin Suriya qərarı dəyişdi
ABŞ Suriyaya qoşun göndərir?
Tramp Suriya kürdlərinə zəmanət verdi
Trampdan növbəti Suriya açıqlaması
"ABŞ-ın Suriya ilə bağlı qərarı.." - Tramp
ABŞ Suriyada Rusiya bazasını niyə vurmadı? – Şərh
ABŞ Suriyanı tərk edir - Hərbi texnikanın çıxarılmasına başlanıldı
Trampla Ərdoğanın Suriya qərarı
Tramp ABŞ qoşunlarının Suriyadan nə vaxt çıxarılacağını açıqlayıb
ABŞ Suriyadan çıxmaq üçün nə istəyir?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 